FHN bu sualın qarşısında aciz qaldı

FHN bu sualın qarşısında aciz qaldı
21 Avq 2019 17:21


Media.Az redaksiyasına xaricə təhlükəli yük çatdıran bir sıra firmaların rəhbərləri tərəfindən müraciət daxil olub. Onların dediyinə görə, müvafiq kimya məhsulu daşıyan maşının  Azərbaycandan çıxıb, məsələn, Gürcüstana çatması üçün müvafiq sənəd - avtomobil nəqliyyatı vasitəsilə təhlükəli yüklərin daşınması üzrə icazə haqqında şəhadətnamə olmalıdır. Lakin problem burasındadır ki, sənəd beynəlxalq tələblərə uyğun deyil. Bununla əlaqədar olaraq, təhlükəli yük daşıyan avtomobil qonşu dövlətin sərhədindən buraxılmır.

Biznesmenlər Gürcüstandan Bakıya gələrək yükü aparan sürücülər tutmağa məcburdurlar. Bütün ölkələrdə avtomobil nəqliyyatı vasitəsilə təhlükəli yüklərin daşınmasına icazə verən pasport və ya sertifikat, demək olar, analojidir. Azərbaycandan başqa, bütün ölkələrdə. Sənəd ingilis dilində olmalı və ya ingilis dilinə tərcümə edilməlidir. Burada təhlükəli yükü keçirməyə icazə haqqında məlumat və üzərindən xətt çəkilmiş qırmızı xətt olmalıdır. Azərbaycanın verdiyi sənəddə isə bu yoxdur, bu səbəbdən də beynəlxalq normalara cavab vermir.

Azərbaycanda bu sənəd Fövqəladə Hallar Nazirliyi (FHN) nəzdində olan Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi tərəfindən verilir. Sahibkarların nazirliyə çoxsaylı müraciətləri heç bir nəticə verməyib.

Qeyd edək ki, xaricdə bu məsələyə, əsasən, Nəqliyyat Nazirliyi, yaxud müvafiq departament baxır, Azərbaycanda isə nədənsə FHN. Nazirlikdən bunu belə izah edirlər ki, vaxtında Azərbaycanın Nazirlər Kabineti bu günədək qüvvədə olan və müvafiq sənəd forması qəbul edib. Onlar nəyisə dəyişmək fikrində deyillər.

Təəssüf doğursa da, bütün bunlar dövləti əlavə gəlirdən məhrum edir, çünki yerli sahibkarlar öz ölkəsinin iqtisadiyyatına yatırım edə bilmir və gəlir gürcü tərəfinə çatır.

FHN-in verdiyi şəhadətnamə yalnız Azərbaycan dilindədir. Özü də sənəddə yük daşıyan avtomobilin nömrəsindən əlavə, nədənsə sürücünün adını da qeyd etmək mütləqdir. Sənəd bir illik verilir. Məsələn, şirkətin iyirmi avtomobili və otuz sürücüsü varsa, onlardan 10-u avtomatik olaraq işsiz qalır, çünki sənədə əsasən, başqa şəxs maşını idarə edə bilməz. Bu, tamamilə məntiqsizdir. Bəs hər hansı səbəbdən sürücülərdən birini təcili olaraq əvəz etmək lazım olsa necə? Qurumun məntiqinə əsasən, sürücü başqası ilə əvəz olunduqda şirkət yenidən icazə almalı, yeni sənəd hazırlamalıdır. Halbuki bütün ölkələrdə bu, konkret sürücüyə görə yox, nəqliyyat vasitəsinə görə verilir. Yaşanan çətinliklərdən sonra bəzi sahibkarlar Gürcüstanda logistik şirkət açırlar.

Maraqlıdır ki, Nazirlər Kabinetinin avtomobil nəqliyyatı vasitəsilə təhlükəli yüklərin daşınması haqqında göstərişində qeyd olunur ki, Azərbaycan təhlükəli yüklərin beynəlxalq daşınması haqqında Avropa razılaşmasına (DOPOQ) qoşulub. Buna baxmayaraq, FHN-in verdiyi sənədlə yükləri xaricə daşımaq mümkün deyil.

Qeyd edək ki, Media.Az-ın vəziyyəti dəfələrlə Fövqəladə Hallar Nazirliyində, dəqiq desək,  Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyində aydınlaşdırmaq cəhdi heç bir nəticə verməyib.

16 Apr 2024
Cəmiyyət

Bakı-Quba yolunda yeni yerüstü piyada keçidinin inşası yekunlaşmaq üzrədir

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun 72-ci km-də yerüstü piyada keçidinin tikintisini yekunlaşdırmaq üzrədir.

16 Apr 2024
Cəmiyyət

Mikayıl Cabbarov: “Qeyri-neft-qaz sektoru üzrə bir sıra sahələrdə yüksək artım templəri qeydə alınıb” - FOTO

“Bu ilin ilk rübündə ötən ilin ilk rübü ilə müqayisədə ümumi daxili məhsulun tərkibində qeyri-neft-qaz sektoru üzrə bir sıra sahələrdə yüksək artım templəri qeydə alınıb”.

16 Apr 2024
Cəmiyyət

Prezident İlham Əliyev Hacıqabul rayonunda Şirvan suvarma kanalının təməlini qoyub - YENİLƏNİB + FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 16-da Hacıqabul rayonunda yenidən qurulacaq Şirvan suvarma kanalının təməlini qoyub və çıxış edib.

16 Apr 2024
Cəmiyyət

Buraxılış imtahanında 39 nəfər 300 bal toplayıb, 11 nəfərin nəticəsi ləğv olunub

Tam (11 illik) orta təhsil səviyyəsi üzrə martın 10-da keçirilən buraxılış imtahanının nəticələri elan olunub.

16 Apr 2024
Cəmiyyət

Bakıda 24, rayonlarda 27 dərəcə isti olacaq - SABAHIN HAVASI

Azərbaycan ərazisində aprelin 17-nə gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb.