Bu il Amazon meşələrində 72 mindən çox yanğın baş verib

Bu il Amazon meşələrində 72 mindən çox yanğın baş verib
21 Avq 2019 17:28

Bu il Braziliyanın Amazon meşələrində 72 mindən çox yanğın baş verib.

Realpress.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Braziliyanın Milli Kosmik Tədqiqatlar İnstitutu məlumat yayıb. Məlumatda qeyd edilir ki, bu ötən ilin eyni dövrünə nisbətən 83 faiz çox deməkdir. Araşdırmalar nəticəsində məlum olub ki, 2018-ci ilin avqustundan 2019-cu ilin aprelinə qədər bölgədə təxminən 2 min kvadratkilometr meşə sahəsi məhv olub.

Qeyd edək ki, planetimizin "ağ ciyəri" adlandırılan Amazon meşələri ərazisinə görə dünyanın ən böyük tropik meşələridir və Yer kürəsinin bütün tropik meşələrinin yarıdan çoxunu təşkil edir. Lakin son zamanlar müxtəlif qanunsuz fəaliyyətlər nəticəsində bu meşələrin ərazisi sürətlə azalır. Təkcə Peru dövləti ərazisində qanunsuz mədənçilik fəaliyyəti nəticəsində 2001-ci ildən sonrakı dövr ərzində təxminən 2 milyon hektar Amazon meşəsi məhv olub.


24 Apr 2024
Dünya

Ərdoğan Almaniya Prezidenti ilə görüşüb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Almaniya Prezidenti Frank Valter-Ştaynmayerlə görüşüb.

24 Apr 2024
Dünya

Samir Abasov İspaniyaya gedib, mütəxəssisin Xavi ilə görüşü nəzərdə tutulub

İspaniyada səfərdə olan "Sumqayıt" klubunun baş məşqçisi Samir Abasovun "Barselona"nın "sükanı arxasında" olan Xavi Ernandeslə görüşü nəzərdə tutulub.

24 Apr 2024
Dünya

Qazaxıstanda zəlzələ olub

Qazaxıstanda 4,4 maqnitudalı zəlzələ olub.

24 Apr 2024
Dünya

Dünya beyin mərkəzlərinin nümayəndələrinin Qarabağa səfəri başlayıb - FOTO

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” beynəlxalq forumunun iştirakçılarının Qarabağ regionuna səfəri başlayıb.

24 Apr 2024
Dünya

Hadrutdan ürəkaçan görüntülər - VİDEO

İşğaldan azad olunmuş Hadrutda yenidənqurma işləri davam edir.