Dünyanın ən qədim romanı bu ölkədə yazılıb

Dünyanın ən qədim romanı bu ölkədə yazılıb
23 Avq 2019 09:06

Murasaki Şikibunun "Gencinin hekayəsi" əsərinin dünyada qələmə alınmış ilk roman olduğu bildirilir. Realpress.az AZƏRTAC-a istinadən bildirir ki, bu qənaəti Harvard Universitetinin yapon incəsənəti və mədəniyyəti üzrə professoru Melissa MakKormik bölüşüb.

Min il bundan əvvəl (1001-ci ildə) yazılmış bu əsər və onun ardından Murasaki Şikibunun Hikaru Gencinin həyatına həsr etdiyi digər əsərləri dünya ədəbiyyatının şedevrlərindən sayılır. Əvvəlcə To-Şikubu adlanan bu şairə və yazıçı məhz romandakı Murasaki obrazına görə eyni ada layiq görülüb. Heyan dövründə (794-1185-ci illər) yapon adətlərinə görə qadınların adı olmadığından, yazıçı sonradan qəhrəmanın adı ilə tanınıb.

Professor MakKormik qeyd edib ki, "Gencinin hekayəsi" dünyada tayı-bərabəri olmayan şöhrət qazanıb. Belə ki, 1925-ci ildə Artur Valenin tərcümə etdiyi əsər sonradan bir neçə dəfə ingiliscəyə, habelə bir çox dillərə tərcümə edilib. Onun sonuncu nəşri isə 1300 səhifədən ibarətdir.


28 Fev 2024
Maraqlı

Yer kürəsində gözlənilməz maqnit qasırğası başlayıb

Günəşdəki güclü partlayışlar Yerdə gözlənilməz maqnit qasırğasına səbəb olub.

20 Fev 2024
Maraqlı

Günəşdən daha parlaq cisim kəşf edilib

Avstraliya və Çilidən olan bir qrup elm adamı Çilidəki Atakama səhrasında teleskopların köməyilə apardıqları müşahidələr nəticəsində "J0529-4351" adlı son dərəcə parlaq və kütləvi kvazar ( Kvazi ulduzlar və ya kvazarlar-müşahidə olunan kainatın ən parlaq obyektləridir ) haqqında təəccüblü təfərrüat aşkarlayıblar.

16 Fev 2024
Maraqlı

Günəşdə güclü partlayış baş verib

Günəşdə ən yüksək “X” sinfinə aid partlayış baş verib.

12 Yan 2024
Maraqlı

Günəşin kənarında güclü püskürmənin möhtəşəm görüntüsü qeydə alındı - VİDEO

Günəşin kənarında hələ nömrələnməmiş yeni günəş ləkələri qrupunda M1.94 sinifli püskürmə baş verib.