İnsan gözündən daha üstün olan linza hazırlandı

İnsan gözündən daha üstün olan linza hazırlandı
23 Avq 2019 12:38

Harvard Mühəndislik və Tətbiqi Elmlər Məktəbinin mühəndisləri süni əzələ və düz kontakt linzaların yaradılması texnologiyalarını birləşdirərək obyektlərin şəkillərini onları insan gözünün gördüyü kimi çəkən yeni elektron linza hazırlayıblar.

Realpress.az "ICTnews"a istinadən xəbər verir ki, linza süni əzələlərin bərkidiliyi nazik, şəffaf dielektrik elastomerdən ibarətdir. Linza və əzələnin birgə qalınlığı 30 mk, qurğunun diametri təxminən 1 sm-dir.

Kiçik ölçülü nanostrukturların köməyilə yeni linza görünən işığın bütün spektrini bir nöqtədə toplamaq qabiliyyətinə malikdir. Bu, ona eynilə insan gözündə olduğu kimi real vaxt rejimində fokusu dəyişdirməyə imkan verir.

Yeni linza bəzi aspektlər üzrə insan gözünü üstələyir - məsələn, sözügedən linza insan gözü üçün əlçatmaz olan astiqmatizmə düzəlişlər edə bilər.

Tədqiqat müəllifləri məlumat veriblər ki, yaxın vaxtlarda yeni linzaların istehlak kameraları və cihazlarda tətbiq olunma ehtimalı son dərəcə azdır - ehtimal ki, yeni linzalar 10 il sonra istifadə ediləcək.


28 Fev 2024
Maraqlı

Yer kürəsində gözlənilməz maqnit qasırğası başlayıb

Günəşdəki güclü partlayışlar Yerdə gözlənilməz maqnit qasırğasına səbəb olub.

20 Fev 2024
Maraqlı

Günəşdən daha parlaq cisim kəşf edilib

Avstraliya və Çilidən olan bir qrup elm adamı Çilidəki Atakama səhrasında teleskopların köməyilə apardıqları müşahidələr nəticəsində "J0529-4351" adlı son dərəcə parlaq və kütləvi kvazar ( Kvazi ulduzlar və ya kvazarlar-müşahidə olunan kainatın ən parlaq obyektləridir ) haqqında təəccüblü təfərrüat aşkarlayıblar.

16 Fev 2024
Maraqlı

Günəşdə güclü partlayış baş verib

Günəşdə ən yüksək “X” sinfinə aid partlayış baş verib.

12 Yan 2024
Maraqlı

Günəşin kənarında güclü püskürmənin möhtəşəm görüntüsü qeydə alındı - VİDEO

Günəşin kənarında hələ nömrələnməmiş yeni günəş ləkələri qrupunda M1.94 sinifli püskürmə baş verib.