Bu ilin əvvəlindən “Apple” korporasiyası “App Store”dan orta hesabla aylıq 14 min ədəd əlavəni yığışdırıb.
REALPRESS.Az xəbər verir ki, ixbt.com” saytına istinadən məlumata görə, təkcə oktyabrda şirkət rekord müəyyən edərək onlayn mağazadan 47 min 300 ədəd əlavəni silib.
Problemli əlavələrin tərtibatçıları hələ sentyabr ayında bu barədə məlumatlandırılıblar. “Apple” onlara dəyişikliklər edilməsi üçün 30 gün vaxt verib. Əgər dəyişikliklər edilməyibsə, əlavə silinib.
Köhnəlmiş əlavələrin 28%-i oyunlar olub. Əyləncələr və kitab kateqoriyasından isə təxminən 9% əlavə siyahıdan çıxarılıb.
Qeyd edək ki, bundan əvvəl “Apple” şirkəti “App Store”dan köhnəlmiş və tam olaraq fəaliyyətini itirmiş, həmçinin “iOS” əməliyyat sisteminin son versiyaları ilə uyğun gəlməyən əlavələrin silinməsi barədə planlarını bildirib.
Vatsapın rusiyalı istifadəçiləri messencerin iş keyfiyyətindən şikayətlənirlər.
Rusiya Baş Prokurorluğu Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət üzrə Federal Xidmətindən “Instagram”a məhdudiyyət qoyulmasını tələb edib.
Notbuk seçərkən çoxsaylı modellər arasında başını itirə bilərsən. Bu halda “Apple” brendi işimizi xeyli asanlaşdırır. Belə ki, bu şirkət kəmiyyətə deyil, keyfiyyətə üstünlük verir, buna görə də onun notbukları lakonikliyi və rahatlığı ilə seçilir.