“Samsung Galaxy A90 5G” smartfonu qabaqcıl prosessorla təchiz ediləcək

“Samsung Galaxy A90 5G” smartfonu qabaqcıl prosessorla təchiz ediləcək
11 2019 12:51

"Geekbench" saytında indiyədək nümayiş olunmayan "Samsung Galaxy A90" smartfonunun sınaqlarının nəticələri dərc edilib. Bunun sayəsində qurğunun bir sıra texniki xüsusiyyətləri barədə məlumat əldə etmək mümkün olub.
 
"ICTnews" Elektron Xəbər Xidməti "4PDA www.4pda.ru" resursuna istinadən yazır ki, məlumata görə, "Galaxy A90" modeli "4G" və "5G" versiyalarında təqdim ediləcək. Saytda beşinci nəsil mobil rabitə şəbəkəsini (5G) dəstəkləyən variant test edilib. Smartfona qabaqcıl "Snapdragon 855" prosessoru və 6 giqabaytlıq operativ yaddaş quraşdırılıb. Qurğu birnüvəli testdə 3458 bal, çoxnüvəlidə isə 10 852 bal toplayıb. Bu nəticə 2019-cu ilin ən yaxşı "Android" sistemli smartfonları ilə müqayisə edilə bilər.
 
Bundan başqa, Cənubi Koreyada "Galaxy A90" modeli üçün 4580 milliamper/saat tutumlu akkumulyator sertifikasiyadan keçib. Lakin hazırda onun smartfonun hansı versiyası üçün nəzərdə tutulduğu məlum deyil.
 
Bildirilir ki, "Galaxy A90" smartfonu "Full HD+" təsvir ölçülü 6,7 düym diaqonallı ekran və 8, 12 və 5 meqapiksel modullu 3 kamera ilə təchiz ediləcək.
 
"Samsung Galaxy A90 5G" smartfonunun təqdimat tarixi və qiyməti hələ ki açıqlanmayıb.

Realpress.az


19 Mar 2020
İT

İlk ikiekranlı televizor nümayiş olunub

“Hisense” şirkəti iki ekrana və “8K” təsvir ölçüsünə malik dünyanın ilk televizorunu təqdim edib.

19 Mar 2020
İT

2020-ci ildə 200 dollara “5G” smartfon satın almaq mümkün olacaq

2020-ci ilin sonunadək smartfonlar bazarında təxminən 214 dollar məbləğində “5G” şəbəkələrini dəstəkləyən qurğular əlçatan olacaq. 

18 Mar 2020
İT

“OPPO” şirkəti “Reno3” smartfonunun “4G” versiyasını təqdim edib

"OPPO" şirkəti "Reno3" smartfonunun təqdim edilməsindən üç ay sonra qurğunun LTE modemlə təchiz edilmiş daha ucuz versiyasını təqdim edib.

18 Mar 2020
İT

Yeni “Powerbeats” qulaqcığı rəsmən təqdim olunub

“Apple” korporasiyasına məxsus “Beats” şirkəti yeni simsiz “Powerbeats” qulaqcığını rəsmən təqdim edib.

18 Mar 2020
İT

İki ucuz “iPhone” modeli buraxılacaq

“Apple” şirkəti iki ucuz “iPhone” modelini satışa çıxarmağı planlaşdırır.