Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin əməkdaşları dələduzluqda ittiham edilən “The Times-Azerbaijan” şirkətinin direktoru Ceyhun Hacıyevi saxlayıblar.
Bu barədə realpress.az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.
Şirkət xaricdə təhsil, xüsusən vətəndaşlara Türkiyə universitetlərində təhsil almağa kömək üzrə ixtisaslaşıb.
Şirvandan olan C.Hacıyev müştəriləri aldatmaqda və pul vəsaitlərini mənimsəməkdə ittiham olunur. Bu günə qədər onun barəsində başlanmış cinayət işində iki epizod var. C.Hacıyevə qarşı Cinayət Məcəlləsinin 178.2.2 (təkrar dələduzluq), 178.2.4 (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddələri üzrə ittiham irəli sürülüb.
Yeri gəlmişkən, “The Times-Azerbaijan”ın ofisi tanınmış “Study in Turkey Azerbaijan” şirkətinin yerləşdiyi binada - “Azure Park” ticarət mərkəzindədir.
“Study in Turkey Azerbaijan”ın 32 yaşlı rəhbəri və xaricdə təhsil məsələləri üzrə ekspert Fuad Hacıyev də fevralın 14-dən həbsdədir və eyni maddələr üzrə ittiham olunur. F.Hacıyevin işində 10-dan artıq epizod var. Bunlar Kanadada işə düzəlmək, həmçinin Türkiyə və Ukraynada təhsil almaqla bağlıdır.
Göstərilən hallar üzrə saxtakarlıq nəticəsində dəymiş zərərin miqdarı 300 min manatdan çoxdur.
Qeyd edək ki, C.Hacıyev və F.Hacıyev yaxın dostdur.
Hazırda istintaq tərəfindən tutulan C.Hacıyevin digər oxşar cinayətlərdə iştirakının müəyyənləşdirilməsi üçün yoxlama aparılır.
C.Hacıyev tərəfindən aldadılmanın qurbanı olan vətəndaşlar Xətai RPİ-yə müraciət edə bilərlər.
Dekabrın 24-də daxili işlər orqanlarının əməkdaşları tərəfindən respublikamızın ərazisində xüsusi karantin rejiminə əməl etməyən 17 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək evə qaytarılıb.
Rusiyanın Sverdlovsk vilayətinin Nijni Taqil şəhəri yaxınlığında qanunsuz ağac kəsən üç Azərbaycan vətəndaşına hökm oxunub.
Daxili İşlər Nazirliyi (DİN) AXCP fəalı Ruslan Əmirovun həbsi ilə bağlı məlumat yayıb.
Gəncə şəhər prokurorluq və polis əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində mayın 26-da şəhər sakini Asim Yusubovu qəsdən öldürməkdə şübhəli bilinən tanışı, əvvəllər məhkum olunmuş, 1960-cı il təvəllüdlü İlham Məmmədov tutularaq istintaqa cəlb olunub.