“Twitter” şirkəti qısa videolar servisi “Vine”ı bağlayacağını elan edib.
Realpress.Az “Technote.az”-a istinadən xəbər verir ki, servisin komanda heyətinin “Medium”dakı bloqundakı verdiyi məlumata əsasən, yaxın bir neçə ay ərzində mobil tətbiq tamamilə söndürüləcək.
“Vine”ın komanda heyətinin açıqlamasına görə, hazırda servisin tətbiq, veb-saytını və servisdə olan videoları heç bir təhlükə gözləmir.
“İstifadəçilər əvvəlki kimi servisə daxil olub, öz qiymətli videolarını yükləyə bilərlər. İstifadəçilərin videoları izləyə bilmələri üçün “Vine”ın veb-saytı, hələ ki onlayn şəkildə qalacaq. Servisin tamamilə bağlanmasından əvvəl isə komanda istifadəçilərə qabaqcadan xəbər verəcək”.
Qeyd edək ki, “Twitter”, “Vine” servisini 2013-cü ildə işə salmışdı.
Milyonlarla istifadəçisi olan “WhatsApp” messenceri vasitəsilə yeni virus yayılır.
Smartfonun köməyi ilə uzaqdan, distant şəkildə kompyuteri açmaq və söndürmək mümkündür. Bunun müxtəlif yolları var.
“WhatsApp” istifadəçilərinə naməlum nömrələrdən tətbiqin bloklanmasına səbəb olan ismarıclar gəlməyə başlayıb.