“Viber” messencerində biznes üçün yeni funksiyalar əlçatan olub

“Viber” messencerində biznes üçün yeni funksiyalar əlçatan olub
12 2019 16:30

“Viber” messencerində biznes üçün yeni funksiyalar əlçatan olub. Şirkətlərin profilləri haqqında informasiyadan ibarət səhifələr, həmçinin biznes mesajlara videonun əlavə edilməsi imkanı həmin funksiyalar sırasındadır.
 
“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, ənənəvi biznes mesajlarının imkanları, həmçinin genişləndiriləcək. Şirkətlər öz mesajlarına yalnız şəkil deyil, həm də çarxlar əlavə edə biləcəklər ki, bu da müştərilərin cəlb olunmasını artırmağa kömək edəcək.
 
Biznes mesajlar istifadəçilərə bilavasitə proqram daxilində brend şirkətlərdən münasib informasiya əldə etməyə imkan verir. SMS-dən fərqli olaraq, biznes mesajlar interaktivdir: mətn, foto, video, stiker və bir çox başqa əyləncəli məzmun göndərmək mümkündür.

Realpress.az


14 Noy 2019
İT

ABŞ-da ətraf mühitə zərər verməyən ilk daşınan tibbi laboratoriya təqdim edilib

ABŞ-da Kaliforniya Universiteti tibbi avadanlığı toplaya, sterilizasiya və təmir edə bilən ilk daşınan laboratoriya təqdim edib. Həmçinin ətraf mühitə zərərli maddələr tullamır.

14 Noy 2019
İT

“Motorola” elastik ekrana malik “RAZR” smartfonunu təqdim edib

“Motorola” şirkəti elastik ekranlı qatlanan smartfonunu təqdim edib. “Samsung Galaxy Fold” cihazından fərqli olaraq yeni “Razr” açılmış formada planşeti deyil, adi smartfonu xatırladır, ona görə qatlanmış formada ölçüsü çox yığcamdır.

14 Noy 2019
İT

İlk “ağıllı” “Nokia” televizorunun xüsusiyyətləri açıqlanıb

Tezliklə ilk “ağıllı” “Nokia” televizoru təqdim ediləcək.

14 Noy 2019
İT

“Tesla” şirkəti Berlində ilk Avropa zavodunu tikəcək

ABŞ-ın elektromobillərin istehsalı üzrə “Tesla” şirkəti Avropada ilk olmaqla Berlin yaxınlığında böyük zavod tikəcək. Bu barədə “Deutsche Welle” teleradio şirkətinin məlumatında deyilir.

14 Noy 2019
İT

“Facebook”da yarım ildə 3 milyarddan çox saxta hesab silinib

“Facebook” sosial şəbəkəsi və “Instagram” üzərində hüquqlara sahib olan ABŞ-ın “Facebook” korporasiyası 2019-cu ilin aprel-sentyabr aylarında təxminən 3,2 milyard saxta hesab silib.