2020-ci ilin sonunadək smartfonlar bazarında təxminən 214 dollar məbləğində “5G” şəbəkələrini dəstəkləyən qurğular əlçatan olacaq. Bu haqda “China Economic Weekly” nəşrinə müsahibəsində “Vivo” şirkətinin vitse-prezidenti Lyu Hon deyib.
hələ ki “Xiaomi Redmi K30” smartfonu ən ucuz “5G” model olaraq qalır. Çində sözügedən smartfonun qiyməti 285 dollardır. 2020-ci ildə “Vivo” şirkəti “Z6”, “iQOO 3” və “Nex 3S” “5G” smartfonlarını təqdim edib.
“Strategy Analytics” şirkətinin qiymətləndirməsinə görə, 2019-cu ildə dünyada təxminən 19 milyon “5G” smartfonu satılıb. “HIS” analitikləri bu bazarı 13,5 milyon səviyyəsində qiymətləndiriblər və 2020-ci ildə 253 milyonadək artım gözləyirlər.
2019-cu ilin nəticəsinə görə, ən böyük “5G” smartfonları istehsalçılarının üçlüyündə 2 milyon qurğu tədarük etmiş “Vivo” şirkəti qərarlaşıb.
“Samsung” şirkəti “5G” texnologiyasını dəstəkləyən aşağıdakı smartfonları təklif edir: “Galaxy S10 5G”, “Galaxy Note 10 5G”, “Galaxy Note 10 5G”, “Galaxy Fold 5G” və “Galaxy A90 5G”. Bu aparatların qiyməti 700-2300 dollar aralığında dəyişir.
Smartfonun köməyi ilə uzaqdan, distant şəkildə kompyuteri açmaq və söndürmək mümkündür. Bunun müxtəlif yolları var.
“WhatsApp” istifadəçilərinə naməlum nömrələrdən tətbiqin bloklanmasına səbəb olan ismarıclar gəlməyə başlayıb.