ABŞ-ın bu ştatında abort qadağan olundu

ABŞ-ın bu ştatında abort qadağan olundu
15 2019 13:36


ABŞ-ın Alabama ştatının senatı abortun ştat səviyyəsində qadağan olunması ilə bağlı qanun qəbul edib.

Bu barədə BBC məlumat verir.

Hamiləliyin müdaxilə yolu ilə dayandırılmasının qadağan edilməsini 25 senator dəstəkləyib, altı nəfər isə əleyhinə çıxıb. Qanuna görə, zorlama və insest (yaxın ailə üzvləri ilə cinsi əlaqə) qurbanlarına belə uşağı düşürməyə icazə verilməyəcək.

Qadağanın qüvvəyə minməsi üçün sənəd respublikaçı qubernator Key Ayvi tərəfindən imzalanmalıdır. Ancaq mühafizəkar qubernator abortun qatı əleyhdarlarından olduğundan onun qadağanı təsdiqləyəcəyi gözlənilir.

Bu qərar yerli feministlərin ciddi narazılığına səbəb olub. Yaxın zamanda ştatda kütləvi etiraz aksiyalarının keçiriləcəyi istisna edilmir.

27 May 2020
Dünya

İDDİA: Britaniyada koronavirusdan ölənlərin sayı həqiqəti əks etdirmir

Böyük Britaniyada koronavirus səbəbi ilə ölənlərin sayının 37 mindən çox olduğu deyilsə də, həqiqi statistikanın 47 343 olduğu bildirilir.

27 May 2020
Dünya

Suriyada xəlifənin məzarını dağıtdılar - FOTO

Suriyada İslam xəlifələrindən olan Ömər ibn Əbdüləzizin məzarı qazılaraq dağıdılıb.

27 May 2020
Dünya

Koronavirusun adaptasiyası ilə bağlı şübhəli məqam

Avstraliyadan olan alimlər koronavirusun insan orqanizminə ideal adaptasiyası barədə danışıb.

27 May 2020
Dünya

İranda koronavirusun yeni dalğası gözlənilir

İran koronavirus infeksiyasının yeni dalğasına hazırlaşır.

27 May 2020
Dünya

Maldiv adalarında turistlər üçün yeni QAYDALAR

Maldiv adalarında turistlərin qəbulu üçün yeni qaydalar hazırlanıb.