REALPRESS.AZ TREND.AZ -a istinadən xəbər verir ki, kənd Təsərrüfatı Nazirliyi Ağdaş və Yevlax rayonlarında 75 min hektaradək sahədə təsərrüfatların suya olan tələbatının ödənilməsini yaxsılaşdırmaq məqsədilə suvarma-drenaj infrastrukturunun təmir-bərpası işlərinə start verib.
Bu barədə Trend-ə Nazirlikdən məlumat verilib.
Nazirliyin Kənd Yerlərinin Kompleks İnkişaf Layihəsi çərçivəsində həyata keçirdiyi təmir-bərpa işləri Yevlax rayonunda yaxın günlərdə başlayacaq. Kənd infrastrukturunun inkişafı və sudan istifadə edənlər birliklərinə dəstək məqsədi ilə həyata keçirilən layihə nəticəsində Yevlax rayonunun Ərəş, Havarlı, Aydınlıq, Altunsu, Qaraməmmədli, Qoyunbinəsi, Qarabağ, Zəm-zəm və Salahlı ərazisində suvarma-drenaj infrastrukturu təmir və bərpa ediləcək.
Təsərrüfatların təsərrüfat suyunu vaxtında və qənaətlə əldə etməsi istehsal edilən məhsullar üzrə orta məhsuldarlıq göstəricilərinin artmasına səbəb olacaq. Analoji işlər Ağdaş rayonunun Ləki, Ərəbocaq, Ağzıbir, Abad, Şəmsəbad, Kükəl, Mürsəl və Nemətabad ərazisində də aparılacaq. Layihə KTN yanında Kənd Təsərrüfatı Layihə və Kreditlərinin İdarə edilməsi Xidməti tərəfindən icra edilir.
“Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) dinamikasında müsbət meyillər davam edir”.
Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələri açıqlanıb.
Naxçıvan sakinləri şəxsiyyət vəsiqələrini "ASAN Xidmət" mərkəzlərində dəyişdirə biləcəklər.
Özbəkistan Baş nazirinin müavini - investisiyalar və xarici ticarət naziri Cəmşid Xocayev Azərbaycanda səfəri çərçivəsində Ələt Azad İqtisadi Zonasının və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı QSC-nin rəhbərliyi ilə görüşlər keçirib.