Oktyabrın 27-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə “Sarı gəlin” tamaşası nümayiş olunub.
Realpress.Az AZƏRTAC-a istinadla xəbər verir ki, əvvəlcə qonaqlar teatrın foyesində “Azərbaycan musiqisi tarixinə səyahət” adlı sərgi ilə tanış olublar. Sərgidə qədim və milli geyimlərlə yanaşı, milli ornamentli xalçalarımız və tətbiqi sənət nümunələri nümayiş olunub.
Daha sonra “Sarı gəlin” mahnısının tarixçəsi haqqında hazırlanmış videoçarx təqdim edilib. Videoçarxda “Sarı gəlin” layihəsinin elmi rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Tarix İnstitutunun direktoru, Əməkdar Elm Xadimi, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov və Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının elmi işlər üzrə prorektoru, professor Gülnaz Abdullazadənin mahnının yaranma tarixi barədə təqdim etdikləri faktlar müsahibələr şəklində diqqətə çatdırılıb.
Sonra 150-dək tələbə və aktyorun iştirakı ilə hazırlanmış “Sarı gəlin” tamaşası nümayiş olunub. Yüksək zövqlə səhnələşdirilən tamaşa üçün rəngarəng dekorasiyalar hazırlanıb. Səhnə əsəri böyük maraqla qarşılanıb.
Tarixi faktlar əsasında səhnələşdirilən tamaşanın rejissoru Əməkdar artist Nicat Kazımovdur.
Layihənin reallaşdırılmasının məqsədi gəncləri Azərbaycanın milli-mədəni irsi və tarixi barədə məlumatlandırmaq, adət və ənənələrin qorunub saxlanılması və təbliğ edilməsidir.
“Avroviziya 2024” mahnı müsabiqəsində ölkəmizi təmsil edəcək iştirakçının seçimləri başlayıb.
Heydər Əliyev Fondunun və IDEA (Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq) İctimai Birliyinin təşəbbüsü, Birləşmiş Millətlər Təşkilatının (BMT) Cenevrə şəhərindəki bölməsi və Azərbaycanın BMT-nin Cenevrə şəhərindəki bölməsi yanında daimi nümayəndəliyinin dəstəyi ilə təşkil edilən “Mənim dənizlərim, mənim okeanlarım” (My Seas, My Oceans) sərgisinin açılışı olub.
Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) kinoşünaslar və kinoyazarlar üçün yeni sayt təsis edib.