Albert Aqarunovun heykəlinin açılış tarixi bəlli oldu

Albert Aqarunovun heykəlinin açılış tarixi bəlli oldu
08 Noy 2019 17:01

Bakıda Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun şərəfinə ucaldılan abidənin rəsmi açılış tarixi məlum olub.

Realpress.az trend-ə istinadən xəbər verir ki, Albert Aqarunova ucaldılan heykəlin rəsmi açılışı noyabrın 15-ə gözlənilir.

Saat 13:00-da nəzərdə tutulan açılış mərasimində, RİH başçısı və digər rəsmi şəxslər iştirak edəcəklər.

Qeyd edək ki, heykəl Nərimanov rayonunda Milli Qəhrəmanın adına olan küçədə ucaldılıb və abidə sentyabr ayından artıq hazırdır. Heykəlin kompozisiyası tanınmış heykəltaraş Ömər Eldarova məxsusdur.

Xatırladaq ki, A.Aqarunov 25 aprel 1969-cu ildə Bakının Əmircan qəsəbəsində, yəhudi ailəsində anadan olub. Qarabağ müharibəsi başlayarkən 1992-ci ildə Albert Aqarunov könüllü olaraq cəbhəyə yollanıb. Tank komandiri təyin edilən Albert Aqarunov Şuşa cəbhəsində döyüşüb. O Xankəndi, Daşaltı, Cəmilli istiqamətində gedən döyüşlərdə erməni işğalçılarının xeyli canlı qüvvəsini, zirehli texnikasını məhv edib. Ermənilərin Şuşaya hücumu vaxtı Albert Aqarunov düşmənin 9 tank, 7 ZTR və bir çox texnikasını məhv edib.

A.Aqarunov 8 may 1992-ci ildə Şuşa uğrunda gedən döyüşlərdə snayper gülləsinə tuş gəlib və döyüş meydanında həlak olub.
Bakıda Şəhidlər Xiyabanında dəfn edilib. Bu il şəhidin 50 illik yubileyidir.

27 May 2020
Cəmiyyət

Rusiya – Azərbaycan sərhədində baş verənlərlə bağlı Dövlət Gömrük Komitəsindən AÇIQLAMA – YENİLƏNİB+VİDEO

Kənd təsərrüfatı məhsulları ilə dolu olan yüzlərlə avtomobil Azərbaycan Rusiya sərhədindəki “Samur” sərhəd gömrük buraxılış məntəqəsində qalıb.

27 May 2020
Cəmiyyət

AZAL daha 175 nəfəri Moskvadan Bakıya gətirdi - FOTO

Bu gün Azərbaycanın Milli aviadaşıyıcısı AZAL çarter reysi ilə 175 nəfər Azərbaycan vətəndaşını Moskvadan Bakıya gətirib.

27 May 2020
Cəmiyyət

FHN sosial dəstək tədbirlərini davam etdirir - FOTO/VİDEO

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Biz birlikdə güclüyük!" çağırışına əsasən, Fövqəladə Hallar Nazirliyi Ramazan bayramı günlərində də sosial dəstək tədbirlərini davam etdirir.

27 May 2020
Cəmiyyət

AzTV-dən Respublika günü ilə bağlı maraqlı VİDEO

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC (AzTV) 28 May - Respublika Günü münasibətilə maraqlı videoçarx hazırlayıb.

27 May 2020
Cəmiyyət

Azərbaycanda buraxılış imtahanlarının keçirilməsinə başlanılır

Dövlət İmtahan Mərkəzi tərəfindən 2020-ci ilin iyun ayından etibarən hər həftəsonu ümumi (9 illik) və tam (11illik) orta təhsil səviyyəsi üzrə buraxılış (ali və orta ixtisas təhsili müəssisələrinə qəbul) imtahanlarının keçirilməsinə başlanılır.