Azərbaycanda rəsmi səfərdə olan Belarus Prezidenti Aleksandr Lukaşenko bu gün Fəxri xiyabana gələrək, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.
REALPRESS-in məlumatına görə, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə tər güllər düzülüb.
Sonra Prezident A.Lukaşenko tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin xatirəsini yad edərək məzarları üzərinə güllər qoyub.
Azərbaycanın digər türkdilli ölkələrlə münasibətlərinin Türkiyə səviyyəsinə yüksəldilməsində ciddi marağı var.
Birinci vitse-prezident Mehriban Əliyeva Avropa və Dünya Çempionatlarının mükafatçıları ilə bağlı paylaşım edib.
Dövlət Qulluğunu İdarəetmə Şurasının tərkibinə dəyişiklik edilib.