“İlin sonundək 60 min miqrant Almaniyanı könüllü olaraq tərk etməlidir”.
REALPRESS.Az-ın məlumatına görə, APA TASS agentliyinə istinadən verdiyi xəbər verir ki, bunu Almaniya kansleri Angela Merkel Xristian Demokratik İttifaqı partiyasının regional toplantısında bəyan edib.
Onun sözlərinə görə, ümumilikdə ölkədə qalmaq hüququ almayan 100 min miqrant Almaniyanı tərk etməli olacaq: “Onlardan üçdə biri zorla deportasiya ediləcək, 60 min isə müxtəlif humanitar proqramlar çərçivəsində könüllü olaraq vətənlərinə qayıdacaq”.
A.Merkel xüsusən Əfqanıstandan gələn qaçqınları qeyd edib: “Bütün əfqan oğlan və qızların Almaniyaya köçməsi qeyri-mümkündür”.
Şimali Kipr Türk Respublikasında (ŞKTR) 4 gündür davam edən meşə yanğını nəzarətə alınıb.
“Biz qəti surətdə öz seçimimizlə bağlı qərar verdik: Ukrayna gələcəkdə Avropa İttifaqının (Aİ) və Avropa cəmiyyətinin tamhüquqlu üzvü olacaq”.
“Ukrayna və Moldova Avropa İttifaqına üzvlüyə namizəd statusunu həvəsləndirici hədiyyə kimi əldə edib”.