Altı rayon təhsil şöbəsinin rəhbəri işdən çıxarılıb

Altı rayon təhsil şöbəsinin rəhbəri işdən çıxarılıb
11 2019 11:59


Bu il ərzində işlərinə yol verdikləri nöqsanlarına görə altı rayon təhsil şöbəsinin rəhbəri vəzifəsindən kənarlaşdırılıb və əmək müqavilələrinə xitam verilib.

realpress.az-ın məlumatına görə, bunu Təhsil naziri Ceyhun Bayramov təhsil işçilərinin respublika konfransında çıxışı zamanı deyib. 

Onun sözlərinə görə, bəzi hallarda təhsildə qəbul edilən normativ qaydalar yerlərdə tam şəkildə icra edilmir:

"Bir il bundan əvvəl keçirilən analoji konfransda bu istiqamətdə olan məsələnin üzərində çox dayanmadım. Bu məsələlərin növbəti tədris ilərində aktual olmaması və müzakirə predmetinə çevrilməsinə ehtiyac olmamasını arzu edirəm. Təhsil sistemində hər şeyin elektron qaydada aparılması neqativ halların sayını azaltsa da, il ərzində keçirilən nəzarət tədbirləri zamanı bir sıra neqativ halların hələ də mövcud olması öz təsdiqin tapıb" .

Nazir bildirib ki, 10 nəfər rayon təhsil şöbəsinin rəhbəri və üç nəfər ərazi maliyyə hesablaşma mərkəzinin rəhbərləri işlərində verdiyi nöqsana görə intizam tədbirləri tətbiq edilib:

"Nöqsanlara görə səkkiz nəfər məktəb direktoru, altı nəfər direktor müavini müqaviləsinə xitam verilib. 29 nəfər direktor və 37 nəfər direktor müavini intizam tədbirləri tədbiq edilib.

80 nəfər məktəb direktorunun əmək müqaviləsinin müddəti qurtaran zaman növbəti dəfə əmək müqaviləsinin uzadılması barədə qərara alınarkən davamlı şəkildə nəticələrin aşağı olması onların müqavilələrin uzadılmamasına qərar verilib.

Yeddi hal üzrə materiallar toplanaraq hüquqi qiymət verilməsi üzrə aidiyyəti qurumlara göndərilib. Fikrimcə, bu məsələrə ciddi yanaşmalıyıq. Bu nöqsanlara yol verən şəxslər öz cəzalarını alacaqlar".


23 Sent 2019
Cəmiyyət

Lider TV-nin efirində BİABIRÇILIQ - VİDEO

Lider TV-nın efirində biabırçı səhv buraxılıb.

23 Sent 2019
Cəmiyyət

Azərbaycan İAEA 2019 konfransına ev sahibliyi edir

Sentyabrın 22-dən 27-dək Bakı şəhərində Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyanın (IAEA: International Association for Educational Assesment) "Qiymətləndirmə və qərarvermə: fərdi və institusional həll yolları" mövzusunda 45-ci illik beynəlxalq konfransı (IAEA 2019) keçirilir. Beynəlxalq konfransın Azərbaycanda təşkilatçısı Dövlət İmtahan Mərkəzidir.

23 Sent 2019
Cəmiyyət

Mirşahin jurnalistlərdən kömək istədi - VİDEO

REAL Təhlil və İnformasiya Mərkəzində Mir Şahin vaxtıdır.