Boşanma xəbəri ilə dünya mətbuatının gündəmində olan məşhur aktrisaAncelina Coli ilə bağlı mühafizəçisi Mark Billinqhem yeni etiraf edib.
Realpress.Az-ın Qafqazinfo-ya istinadən verdiyi məlumata görə, mühafizəçi bir müddət əvvəl Ancelinanın həyatına qəsd cəhdinin olduğunu bildirib.
Markın sözlərinə görə, o, çəkilişlərdən birində aktrisaya izdihamın arasından bir nəfərin çox qəribə baxdığının fərqinə varıb:
“Onun baxışlarında o qədər kin-küdurət var idi ki, hər an bədbəxt hadisənin baş verəcəyini düşündüm və haqlı çıxdım. Həmin şəxs növbəti gün Ancelinanın avtomobilinə yaxınlaşaraq yalvardı ki, pəncərəni açsın. Guya, avtoqraf almaq istəyirmiş. Mən dərhal ona reaksiya göstərərək uzaqlaşmağını tələb etdim. Avtomobildən düşərək ondan şəkilləri aldım və dedim ki, Coli onları imzalayana qədər gözləsin. Lakin o kişi mənə şəkilləri verəndən sonra qaçdı”.
Rassel Krou, Tom Kruz, Şon Pen kimi məşhurlarla çalışan mühafizəçi Ancelina-Pitt cütlüyü ilə işləməyin çox çətin olduğunu vurğulayıb:
“Ancelina son vaxtlar mənə məzuniyyət günləri ayırmırdı, məni çox işlədirdi. Etiraz etdim, nəticədə işdən qovuldum”.
Xatırladaq ki, Bred-Ancelina cütlüyünün 3-ü bioloji, 3-ü isə övladlıq olmaqla 6 uşağı var.
Bədən dili üzrə ekspert Cudi Ceyms Conni Depp və vəkili Kamilla Vaskes arasında romantik münasibət olması haqda şayiələrə münasibət bildirib.
Məşhur kanadalı reper Dreyk İspaniya Qran Prisi başlamazdan əvvəl sosial şəbəkələrdə Formula 1 mərhələsinin nəticəsi ilə bağlı mərc etdiyi skrinşotu paylaşıb.
CinemaPlus kinoteatrlar şəbəkəsində bu gündən eyniadlı DC komiks seriyası – The Batman əsasında rejissoru Mett Rivzin çəkdiyi Amerika elmi fantastika döyüş filminin nümayişinə başlayıb.