Antarktida üzərindəki ozon dəliyinin ölçüsündə dəyişiklik baş verib

Antarktida üzərindəki ozon dəliyinin ölçüsündə dəyişiklik baş verib
18 Noy 2016 17:45

Yaponiya Meteorologiya Agentliyi əməkdaşlarının verdiyi məlumata görə, cari ildə Antarktida üzərindəki ozon dəliyinin ölçüləri əvvəlki illə müqayisədə kiçilib. Bununla yanaşı, onun ölçüləri son on ilin orta göstəricisi ilə təqribən bərabərdir.

REALPRESS.Az bu barədə AZƏRTAC-a istinadla xəbər verir.

Agentliyin rəsmi nümayəndələri süni peyklərdən alınan məlumatlara əsasən bildiriblər ki, cari ilin avqustunda əmələ gələn ozon dəliyi sentyabrın 28-də ən böyük həddə çatıb. Həmin vaxt onun ölçüləri 22 milyon 700 min kvadratkilometr təşkil edib. Bu, Antarktidanın ümumi sahəsindən 1,6 dəfə böyükdür.

Xlorftorokarbon və digər qazların təsiri ilə ozon qatının zəifləməsi nəticəsində yaranan dəlik hər il avqustda meydana gəlir və dekabradək davam edir. Ötən il ozon dəliyinin ölçüləri müşahidələr başlayan vaxtdan dördüncü səviyyədə olub.


18 Sent 2023
Maraqlı

Uşağın dəcəlliyindən özünü qorumaq üçün oyuncaq təqlidi edən pişik hər kəsi güldürdü - VİDEO

Sosial şəbəkələrdə pişiyin hiyləgərliyini əks etdirən video böyük maraqla qarşılanıb.

10 Apr 2023
Maraqlı

Hibrid Günəş tutulması baş verəcək

Aprelin 20-də ilin ilk Günəş tutulması baş verəcək.

24 Yan 2023
Maraqlı

Reyhan

Reyhan haqqında ümumi məlumat