“Qayınana olmaq planım, daha doğrusu, namizəd yoxdur. Qızım barədə şayiə yayılmışdı ki, guya nişanlanıb”.
Realpress.Az Qafqazinfo-ya istinadla xəbər verir ki, bu sözləri Xalq artisti Aygün Kazımova “Həyat tərzi” verilişində deyib.
Müğənni deyib ki, qızına bənzəyən bir xanımın toy fotoları yayılıb:
“Başqa ölkədən olan bir qızın toy fotoları paylaşılmışdı. Qız İlqarəyə çox bənzəyirdi. Özüm baxanda şok oldum, düşündüm. Dedim ki, bəlkə başqa bir övladım da var? Əlbəttə ki, belə bir şey olan kimi sizinlə xəbəri bölüşəcəyəm. Mən sənət dostlarımdan fərqli olaraq, birinci ailə qurdum. Amma məndən cavan nənələr var, ona görə də qismət”.
A.Kazımova canlı yayımda eks-sevgilisi, meyxanaçı Namiq Qaraçuxurluya müraciət edib:
“Namiq səndən fərqli olaraq, mən sənin haqqında rahat danışa bilirəm. Sən hər şeyi sirr saxlayırsan. Eşqimizi belə sirr saxlayırdın. Namiqlə heç vaxt duet olmayacaq. Namiq istəmir, söz-söhbətdən çəkinir. Buradan ona səslənirəm, çəkinmə... Bəlkə də, bizim duetimizi gözləyənlər var”.
Daha sonra verilişdə Xalq artistinin həyatı ilə bağlı süjet yayımlanıb. Müğənni göz yaşlarını saxlaya bilməyib, ağlayıb:
“Canım, niyə belə etdiniz? Sizə minnətdaram, elə sözlər deyildi ki...”.
Bədən dili üzrə ekspert Cudi Ceyms Conni Depp və vəkili Kamilla Vaskes arasında romantik münasibət olması haqda şayiələrə münasibət bildirib.
Məşhur kanadalı reper Dreyk İspaniya Qran Prisi başlamazdan əvvəl sosial şəbəkələrdə Formula 1 mərhələsinin nəticəsi ilə bağlı mərc etdiyi skrinşotu paylaşıb.
CinemaPlus kinoteatrlar şəbəkəsində bu gündən eyniadlı DC komiks seriyası – The Batman əsasında rejissoru Mett Rivzin çəkdiyi Amerika elmi fantastika döyüş filminin nümayişinə başlayıb.