Azərbaycanda “Milli Super Kompüter Mərkəzi”nin yaradılması planlaşdırılır.
REALPRESS.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Milli Məclisə təqdim olunmuş “Azərbaycanın 2017-ci il və gələn üç il üzrə iqtisadi-sosial inkişaf konsepsiyası”nin layihəsində qeyd edilib.
Qeyd olunur ki, “Elektron hökumət”də dövlət qurumları, dövlət-vətəndaş, dövlət-biznes əlaqələrinin operativliyinin təmin edilməsi, informasiya sistemlərinin səmərəli istifadəsi üçün “Milli Super Kompüter Mərkəzi”nin yaradılması nəzərdə tutulur.
Layihədə bildirilir ki, yaxın illərdə əhalinin bütün kateqoriyalarının, o cümlədən məhdud imkanlı qrupların “Elektron hökumət” infrastrukturundan və xidmətlərindən istifadə imkanlarının genişləndirilməsi, müasir çıxış vasitələrinin, o cümlədən mobil şəbəkələrin, məlumat köşklərinin, zəng mərkəzlərinin, interaktiv rəqəmsal televiziyanın tətbiqi təmin olunacaq.
2017-2020-ci illərdə rabitə və informasiya texnologiyaları sahəsinin inkişafı çərçivəsində özəlləşdirməyə açıq elan edilmiş rabitə müəssisələrinin özəlləşdirməqabağı restrukturizasiyası və idarəetmə strukturunun təkmilləşdirilməsi, bazar rəqabətinin formalaşdırılması üzrə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.
Vatsapın rusiyalı istifadəçiləri messencerin iş keyfiyyətindən şikayətlənirlər.
Rusiya Baş Prokurorluğu Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət üzrə Federal Xidmətindən “Instagram”a məhdudiyyət qoyulmasını tələb edib.
Notbuk seçərkən çoxsaylı modellər arasında başını itirə bilərsən. Bu halda “Apple” brendi işimizi xeyli asanlaşdırır. Belə ki, bu şirkət kəmiyyətə deyil, keyfiyyətə üstünlük verir, buna görə də onun notbukları lakonikliyi və rahatlığı ilə seçilir.