Azərbaycanda ilk dəfə ana bətnində dölə qan köçürülüb

Azərbaycanda ilk dəfə ana bətnində dölə qan köçürülüb
04 Noy 2016 16:56

Azərbaycanda ilk dəfə olaraq ana bətnində dölə qan köçürülüb. Realpress.az-ın xəbərinə görə, bu, Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında baş tutub. Klinikanın Ginekologiya şöbəsinin müdiri Turab Canbaxışov bildirib ki, dopler müayinəsi zamanı uşağa ciddi anemiya diaqnozu qoyulub.

Onun sözlərinə görə, ciddi anemiya olduğu üçün müalicənin yeganə üsulu ana bətnində dölə qan köçürülməsisayılıb: “Dölün çəkisinə, həftəsinə və hemoqlobin dəyərinə görə ümumi miqdar hesablanır və qan köçürülür. Dölün bu həftəsinə görə hemoqlobin dəyəri normada 14-15 g/dl olmalıdır. Bizim müayinə etdiyimiz döldə isə bu dəyər qanköçürmədən əvvəl 7.5 g/dl olub. Dölə yeni xüsusi qaydada hazırlanmış eritrosit kütləsindən 96 ml qan köçürdük. Bu məhlulu verdikdən sonra dölün qan dövranındakı hemoqlobin dəyəri 11.7 g/dl oldu. Hazırda dölün vəziyyəti yaxşıdır və 1 həftə ərzində döldə olan ödəmin çəkilməsini gözləyəcəyik. Əgər lazım gələrsə, bu proseduru hamiləliyin sonuna qədər 2-4 həftə aralıqla daha 2 dəfə edəcəyik”.


7 Apr 2020
Səhiyyə - Sağlamlıq

ÜST: “COVID-19-la mübarizəyə əlavə 5,9 milyon tibb bacısı cəlb edilməlidir”

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) dünyada koronavirusla mübarizə aparmaq üçün tibb bacılarının çatışmazlığı məsələsini gündəmə gətirib.

7 Apr 2020
Səhiyyə - Sağlamlıq

ABŞ alimləri koronavirusu ağırlaşdıran səbəbi açıqladı

Koronavirus xəstəliyi səhhətində xroniki problem yaşayan və siqaret çəkən xəstələrdə mütləq şəkildə daha ağır keçir.

7 Apr 2020
Səhiyyə - Sağlamlıq

ABŞ-da beş azərbaycanlı koronavirusa yoluxub - VİDEO

Amerika Birləşmiş Ştatlarında (ABŞ) beş azərbaycanlı koronavirusa yoluxub.

6 Apr 2020
Səhiyyə - Sağlamlıq

Aptekonline.az xidməti artıq 2225 sifarişi uğurla yerinə yetirmiş və ünvanlara çatdırmışdır

Mühüm bir vaxtda, ölkə sakinlərinin dadına çatan aptekonline.az xidmətinin mobil tətbiqində qeydiyyatdan keçməyə tələsin.

6 Apr 2020
Səhiyyə - Sağlamlıq

Azərbaycanda həkimləri koronavirusdan qorumaq üçün “üz sipəri”nin istehsalına başlanıldı

Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva aprelin 6-da Sumqayıt Kimya Sənaye Parkında “Bakı Tekstil Fabriki” MMC tərəfindən yaradılan tibbi maska istehsalı müəssisəsinin açılışında iştirak ediblər.