Son günlər Azərbaycan paytaxtında daxili işlər orqanları tərəfindən şəxsi əmlak oğurluğu ilə bağlı 20 fakt qeydə alınıb.
Bu barədə realpress.az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.
İyirmi oğurluq faktından səkkizinin üstü açılıb. Bundan əlavə, Daxili İşlər Nazirliyinin paytaxt bölmələri daha əvvəl üç şəxsi əmlak oğurluğunun üstünü açıblar.
Belə ki, mayın 14-də Suraxanı rayonunun Əmircan qəsəbəsində 1964-cü il təvəllüdlü Nərgiz Tapdıqova qarət edilib. Naməlum şəxs pəncərənin dəmir barmaqlıqlarını qıraraq, qadının evinə daxil olub. Bu yolla 6 000 manat pul və 2 000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.
Mayın 14-nə keçən gecə naməlum şəxslər tövlə qapısının kilidini sındıraraq, 1978-ci il təvəllüdlü Şüvəlan qəsəbə sakini Fuad Qəhrəmanova məxsus, ümumi dəyəri 4 400 manat olan qoyun sürüsünü oğurlayıblar.
Sabunçu rayonunun Balaxanı qəsəbəsində isə 1962-ci il təvəllüdlü Ceyhun Xeyrullayevə məxsus mağazanın qapısının kilidini qıran cinayətkarlar oradan 2 700 manatlıq ərzaq məhsulları və televizor oğurlayıblar.
Binəqədi rayonunda naməlum şəxs 1973-cü il təvəllüdlü Rəsulzadə qəsəbə sakini Aida Həsənovanın evinə girərək, 1 000 manat pul və eyni miqdarda qızıl-zinət əşyaları oğurlayıb.
Bir sıra xırda oğurluqlar da qeydə alınıb. Faktlarla bağlı araşdırma aparılır.
Dekabrın 24-də daxili işlər orqanlarının əməkdaşları tərəfindən respublikamızın ərazisində xüsusi karantin rejiminə əməl etməyən 17 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək evə qaytarılıb.
Rusiyanın Sverdlovsk vilayətinin Nijni Taqil şəhəri yaxınlığında qanunsuz ağac kəsən üç Azərbaycan vətəndaşına hökm oxunub.
Daxili İşlər Nazirliyi (DİN) AXCP fəalı Ruslan Əmirovun həbsi ilə bağlı məlumat yayıb.
Gəncə şəhər prokurorluq və polis əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində mayın 26-da şəhər sakini Asim Yusubovu qəsdən öldürməkdə şübhəli bilinən tanışı, əvvəllər məhkum olunmuş, 1960-cı il təvəllüdlü İlham Məmmədov tutularaq istintaqa cəlb olunub.