Bakıda bərbad vəziyyətdə olan kitabxana binası ilə bağlı RƏSMİ AÇIQLAMA - FOTO

Bakıda bərbad vəziyyətdə olan kitabxana binası ilə bağlı RƏSMİ AÇIQLAMA - FOTO
23 2020 11:44


Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Bakıda yararsız kitabxana binasının sosial şəbəkələrdə yayılan fotolarına münasibət bildirib.

İdarədən realpress.az-ın sorğusuna cavab olaraq bildirilib ki, bərbad vəziyyətdə olan tikili kitabxananın öz binası deyil:

“Nəsimi rayonunda, Cavadxan küçəsi, 21 ünvanında yerləşən kitabxana Nəsimi Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) Mərkəzi Kitabxanasının əsl binası deyil. Hazırda kitabxananın binasında təmir işləri aparıldığı üçün müvəqqəti olaraq orada yerləşdirilib.

Təmir başa çatdıqdan sonra yenidən köçürüləcək. Bildiyiniz kimi, bir neçə aydır ki, koronavirus pandemiyası ilə bağlı ölkədə karantin vəziyyəti elan edildiyi üçün əməkdaşlar işə gəlməyib. Onlar işə gəldikdən sonra kitabxananın köçürüldüyü binanın üzərinin o vəziyyətə salındığını görüblər”.

“Lazımi göstərişlər verilib. Kitabxananın ətrafı abadlaşdırılacaq. Ərazini o vəziyyətə salan daha çox ətrafda yaşayış binası tikənlərdir. Ərazi abadlaşdırıldıqdan sonra biz də ölçülər götürəcəyik”, - deyə İdarədən qeyd edilib.



24 May 2020
Cəmiyyət

Koronavirusla bağlı yeni laboratoriya işə başladı - VİDEO

Koronavirus infeksiyasının ölkədə yayılmasının qarşısını almaq məqsədilə bir çox yeni laboratoriyalar qurulub və istifadəyə verilib.

24 May 2020
Cəmiyyət

“Azəriqaz”ın rəhbərindən istixana sahiblərinə: “Siz borcu verməsəniz, əmək haqlarını ödəyə bilmirik”

“Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev Şəmkir Regional Qaz İstismar İdarəsinin xidmət göstərdiyi rayonlardan olan sakinlərlə birbaşa videobağlantı yaratmaqla onlayn vətəndaş qəbulu keçirib.

24 May 2020
Cəmiyyət

Azərbaycanda Ramazan bayramı qeyd olunur - VİDEO

Bu gün və sabah Azərbaycanda Ramazan bayramı qeyd olunur. 

24 May 2020
Cəmiyyət

Bağlanan bankların əmanətçilərinin NƏZƏRİNƏ - Təzminatların alınması üçün şərtlər açıqlandı

Məlum olduğu kimi, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 28 aprel 2020-ci il tarixli qərarı ilə “Atabank” ASC və “Amrahbank” ASC-nin bank fəaliyyətinin aparılması üçün verilmiş lisenziyaları ləğv edilib.

24 May 2020
Cəmiyyət

“Ramazan - Vəhdət və Mərhəmət Bayramı” adlı onlayn konfrans keçirilib

23 may 2020-ci il tarixində Azərbaycan Respublikasının Gənclər Fondu, Mənəvi Dəyərlərin Təbliği Fondu və Azərbaycan İlahiyyat İnstitutunun birgə təşəbbüsü ilə insanları saflıq, şəfqət, birlik və bərabərliyə dəvət edən Ramazan ayında “Ramazan - Vəhdət və Mərhəmət Bayramı” adlı onlayn konfrans keçirilib.