Bal yarmarkasında iştirak QAYDALARı

Bal yarmarkasında iştirak QAYDALARı
11 2019 12:52

28 sentyabr-18 oktyabr tarixlərdə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində "Aqrar tədarük və təchizat" ASC və Azərbaycan Arıçılar Assosiasiyasının birgə təşkilatçılığı ilə arıçılıq məhsullarının 20-ci Respublika Sərgi-Satış Yarmarkası keçiriləcək.

Realpress.az Trend-ə istinadən xəbər verir ki, "Aqrar tədarük və təchizat" Açıq Səhmdar Cəmiyyəti (ASC) fermerlərin və arıçıların yarmarkada iştirakı ilə bağlı qaydaları açıqlayıb.

Qaydalara görə, yarmarkada iştirakçı sayı hər bir rayondan maksimum 40 nəfər ola bilər.

İştirakçılar növbəli şəkildə seçiləcək. Arıçılar yarmarkada iştirak etmək üçün minimum 20 arı ailəsinə sahib olmalıdır. Arıçılar yarmarkaya maksimum 400 kq bal və maksimum 30 ədəd arı şanı (çərçivə) çıxara bilər.


16 Sent 2019
Cəmiyyət

"5 dəqiqəlik aptekə girməyə görə parkinq axtarmalı deyilik" - Tural Yusifovla BNA müzakirəsi

Heç kimə gizli deyil ki, paytaxt sürücülərinin əksəriyyəti Bakı Nəqliyyat Agentliyinin (BNA) fəaliyyətindən narazıdır. Bu narazılığın yaranmasına ən başlıca səbəb dayanma-durma qaydalarına görə yazılan cərimələr və pulsuz parkinq problemidir.