Beynəlxalq Olimpiya Komitəsi Tokio Olimpiadası ilə bağlı qərarını açıqladı - YENİLƏNİB

Beynəlxalq Olimpiya Komitəsi Tokio Olimpiadası ilə bağlı qərarını açıqladı - YENİLƏNİB
18 2020 16:47

Tokio Yay Olimpiya Oyunları və Paralimpiya Oyunları təxirə salınmayacaq.

Azərbaycan Milli Olimpiya Komitəsindən realpress.az-a verilən məlumata görə, hər iki yarış bu il nəzərdə tutulduğu vaxtda baş tutacaq.

Bu gün Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Bax Avropa milli olimpiya komitələrinin rəhbər şəxsləri ilə video-konfrans təşkil edib. Konfransda Tokio Yay Olimpiya Oyunları və Paralimpiya Oyunlarının COVID-19-a görə görüləcək tədbirlər müzakirə olunub.

Müzakirə zamanı bildirilib ki, Olimpiadanın təxirə salınacağı ilə bağlı gedən spekulyasiyalara inanmaq lazım deyil. Həmin spekulyasiya üzündən, beynəlxalq birjalarda Yaponiya səhmlərinin qiyməti 16 faiz aşağı düşüb.

Baxın sözlərinə görə, milli olimpiya komitələri və beynəlxalq idman federasiyaları Olimpiadanın keçirilməsində həmrəydirlər. Olimpiadaya lisenziyaların yarıdan çoxunun (57 faiz) artıq təmin olunması da bu yarışın keçirilməsini labüd edir. Lisenziya almayan idmançılar üçün isə yarışlar keçiriləcək və ya əlavə kvota yerlər ayrılacaq.

Bu üzdən də BOK Yay Olimpiya Oyunlarının nəzərdə tutulduğu bu ilin 24 iyul – 9 avqust tarixlərində saxlanılmasının tərəfdarıdır.

11:03

Beynəlxalq Olimpiya Komitəsi (BOK) bu gün Tokio Yay Olimpiya Oyunları və Paralimpiya Oyunları barədə qərarını açıqlayacaq.

realpress.az xəbər verir ki, BOK-un almaniyalı prezidenti Tomas Bax bu gün Milli Olimpiya Komitələrinin nümayəndələri, eləcə də, Beynəlxalq Paralimpiya Komitəsinin rəhbərliyi ilə videokonfrans keçirəcək.

Orada Olimpiada (24 iyul – 9 avqust) və Paralimpiya Oyunlarının (25 avqust – 6 sentyabr) təxirə salınıb-salınmaması ilə bağlı qərar veriləcək.

Azərbaycan Milli Olimpiya Komitəsinin mətbuat xidmətinin rəhbəri Günay Malikqızının saytımıza verdiyi açıqlamaya görə, videokonfrans Bakı vaxtı ilə saat 14:30-da start götürəcək. Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə məhz Azərbaycan adından bu konfransda iştirak edəcək.

Qeyd edək ki, dünən BOK beynəlxalq federasiyalarla müzakirələr aparıb və onların fikirlərini öyrənib.

Xatırladaq ki, dünən UEFA videokonfrans keçirərək, AVRO-2020-nin bir il sonra keçirilməsi barədə qərar qəbul edib. 

Səbuhi Musayev

4 Avq 2020
İdman

İdmançımız dünyanın 20 ən güclüsü siyahısında

Azərbaycan milli komandasının üzvü Rostislav Pevtsov triatlonçuların beynəlxalq reytinq cədvəlində 2414 xalla 20-ci pillədə qərarlaşıb.

4 Avq 2020
İdman

FIFA20 Birinci Liqasının ilk həftəsi gözlənilməz nəticələrlə yadda qaldı

İyulun 27-də start götürən FIFA20 Birinci Liqasının ilk həftəsi gözlənilməz nəticələrlə yadda qalıb. Liqa iştirakçıları bir-birindən maraqlı oyunlar sərgiləyir və azarkeşləri təəccübləndirməyi bacarırlar.

4 Avq 2020
İdman

Kapello “Milan”ın baş məşqçisi ola bilər

İtaliyanın “Milan” klubunun yeni baş məşqçisi Fabio Kapello ola bilər.

4 Avq 2020
İdman

Həbib Nurməhəmmədov növbəti rəqibini necə udacağını açıqladı

Rusiyalı UFC döyüşçüsü Həbib Nurməhəmmədov amerikalı Castin Qetjinin məşqinin görüntülərinə münasibət bildirib.

4 Avq 2020
İdman

2021-ci ildə Bakıda Premyer Liqa yarışı olacaq - RƏSMİ

Ümumdünya Karate Federasiyası (WKF) 2021-ci ilin ilkin təqvim planına Bakıya yarış saldığını təsdiqləyib.