Britaniya alimləri səhərlər pis əhval-ruhiyyənin səbəblərini araşdırıblar

Britaniya alimləri səhərlər pis əhval-ruhiyyənin səbəblərini araşdırıblar
04 Noy 2016 16:28

Londonun Universitet Kollecinin mütəxəssisləri səhərlər insanlarda müşahidə olunan pis əhval-ruhiyyənin səbəblərini araşdırıblar. Məlum olub ki, xoş əhval-ruhiyyə və gümrahlığın təminatı bizim neçə saat yuxuda olmağımız deyil, hansı vəziyyətdə yatmağımızdır.

Realpress.az “Mir 24” saytına istinadla xəbər verir ki, könüllülər arasında aparılan tədqiqatlar sol yanı üstə və ən əsası çarpayının sol tərəfində yatanların səhərlər daha dincəlmiş və gümrah oyandıqlarını göstərib.

Məlum olub ki, embrion formasında, yəni yanı üstə, ayaqları dizdən bükülmüş və özünə tərəf çəkilmiş halda yatanlar daha tez - təxmini 10-15 dəqiqəyə yuxuya gedirlər. Məhz belə “qapalı” vəziyyət bədəni maksimal hərəkətsiz və yüksək hərarətdə saxlayır ki, bu da daha dərin yuxuya səbəb olur.

Bundan əlavə, alimlər üzüüstə yatmağın sağlamlığa ziyan verdiyini bildiriblər. Belə vəziyyətdə yatanlar başlarını yana çevirirlər ki, bu da onurğa arteriyalarının sıxılmasına səbəb olur. Bu hal beynin qan dövranının pozulması ilə yanaşı, döş qəfəsinə təzyiqi də artırır.

Gənc nəslin kürəküstə yatmadığını söyləyən alimlər bu vəziyyətin yaşlı nəsil arasında daha çox yayıldığını bildiriblər. Bununla yanaşı mütəxəssislər kürəküstə yatmağın üz dərisi üçün faydalı olduğunu, ürəyin funksiyasının tənzimlənməsinə, əzələlərin gərginliyinin aradan qaldırılmasına kömək edir.


18 Sent 2023
Maraqlı

Uşağın dəcəlliyindən özünü qorumaq üçün oyuncaq təqlidi edən pişik hər kəsi güldürdü - VİDEO

Sosial şəbəkələrdə pişiyin hiyləgərliyini əks etdirən video böyük maraqla qarşılanıb.

10 Apr 2023
Maraqlı

Hibrid Günəş tutulması baş verəcək

Aprelin 20-də ilin ilk Günəş tutulması baş verəcək.

24 Yan 2023
Maraqlı

Reyhan

Reyhan haqqında ümumi məlumat