Brüsseldə erməni təxribatının qarşısı alınıb

Brüsseldə erməni təxribatının qarşısı alınıb
19 Noy 2016 12:21

“Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin təbliği məqsədilə 16-19 noyabr 2016-cı il tarixində Brüsseldə keçirilməsi nəzərdə tutulan təxribatçı tədbirlərin qarşısının alınması üçün Azərbaycan Respublikasının Belçika Krallığındakı səfirliyi tərəfindən zəruri önləyici tədbirlər həyata keçirilib. Belçikada fəaliyyət göstərən Azərbaycan diaspora təşkilatları da bu işdə yaxından iştirak edib”.   

Bunu REALPRESS.Az-a açıqlamasında Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin tarixini və mədəniyyətini təhrif edən foto sərgi və konsert ilə əlaqədar Brüsseldəki “Palais des Beaux Arts” sarayı və “Tour&Taxi” mərkəzinə ünvanlanmış etirazlara cavab olaraq, həmin şirkətlərin rəhbərliyi rəsmi cavablarında Azərbaycan tərəfinin arqumentlərinə hörmətlə yanaşdıqlarını, bu tədbirlərin mahiyyətindən xəbərsiz olduqlarını, ictimaiyyətə açıq olmayan bu tədbirlərlə əlaqədar bilet satışı həyata keçirmədiklərini və yalnız kommersiya şərtləri əsasında ərazilərini kirayə verdiklərini bildiriblər.

H. Hacıyev bildirib ki, səfirlik tərəfindən Belçikanın ərazisindən sui-istifadə edilərək Brüsselin qeyri-qanuni rejimin təbliği məqsədilə məntəqə kimi seçilməsi cəhdlərinə münasibətdə Azərbaycanın narazılığı və narahatlığı Belçikanın Xarici İşlər Nazirliyi, federal və regional qanunverici orqanları və digər müvafiq təsisatlarına çatdırılıb.

“Avropa erməni federasiyası və digər erməni mənbələrinin bu tədbirlərlə əlaqədar qondarma rejimin “rəhbəri” kimi özünü təqdim edən Bako Saakyan adlı şəxsin Brüsselə səfiri öncədən geniş şəkildə təbliğ olunsa da, görülmüş məqsədyönlü tədbirlər nəticəsində bu səfərin ləğv edilməsinə nail olunub.  

Bu xüsusda, Ermənistan və erməni lobbisinin əlaltısı olan Avropa Parlamentinin deputatı Frank Engelin təşkilatçılığı ilə Avropa Parlamentində nəzərdə tutulan görüş də ləğv edilib. Həmçinin, B.Saakyanın iştirakı ilə “Dağlıq Qarabağın müstəqilliyinin 25 illiyi” adı altında 19 noyabr tarixində “Hay Daun” erməni mərkəzində keçirilməsi nəzərdə tutulan qəbul da tamamilə ləğv edilib.

Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin tarixini və mədəniyyətini təhrif edən foto sərgi və konsert ilə əlaqədar Brüsseldəki “Palais des Beaux Arts” sarayı və “Tour&Taxi” mərkəzinə ünvanlanmış etirazlara cavab olaraq, həmin şirkətlərin rəhbərliyi rəsmi cavablarında Azərbaycan tərəfinin arqumentlərinə hörmətlə yanaşdıqlarını, bu tədbirlərin mahiyyətindən xəbərsiz olduqlarını, ictimaiyyətə açıq olmayan bu tədbirlərlə əlaqədar bilet satışı həyata keçirmədiklərini və yalnız kommersiya şərtləri əsasında ərazilərini kirayə verdiklərini bildiriblər. Əldə olunan məlumatlara görə, bu tədbirlərdə əsasən Belçikada yaşayan ermənilər olmaqla, xüsusi dəvət əsasında yalnız 100-ə yaxın adam iştirak edib.

Öncədən geniş təbliğatın aparılmasına baxmayaraq, bu uğursuzluq və iflasın fonunda indi rəsmi Yerevan, lobbist təşkilat olan Avropa erməni federasiyası və Ermənistan KİV susqunluğa üstünlük verir.

Ermənistan və Avropadakı erməni təşkilatlarının “lobbi diplomatiyası” siyasəti əsasında təşkil edilən bu kimi tədbirlər üçün erməni diasporasının sadə üzvləri aldadılaraq onlardan böyük məbləğdə pul yığılır. Sonradan bu pullar Ermənistanın siyasi rəhbərliyi, Bako Saakyan və onun ətrafı, eləcə də Avropada erməni federasiyasının rəhbər şəxsləri və erməni lobbisinin aləti olan bəzi Avropa siyasətçilərinin cibinə gedir.

Bu kimi mənasız və təxribatçı tədbirlərə əl ataraq beynəlxalq ictimaiyyəti və erməni xalqını aldatmaq əvəzinə, Ermənistan destruktiv siyasətinə son qoymalı, işğal olunmuş Azərbaycan ərazilərindən öz qoşunlarını çıxarmalı, substantiv danışıqlar vasitəsilə münaqişənin həllində və regionda davamlı sülhün bərqərar olmasında iştirak etməlidir", - deyə H. Hacıyev bildirib.  


16 Sent 2023
Hərbi

Naxçıvanda ilk milli hərbi hissənin yaradılması qeyd edildi - FOTO

Naxçıvan Muxtar Respublikasında ilk milli hərbi hissənin yaradılmasının 31-ci ildönümü münasibətilə Əlahiddə Ümumqoşun Orduda silsilə tədbirlər keçirilib.

2 Sent 2023
Hərbi

Ordumuz Ermənistan silahlı qüvvələrinə məxsus PUA-ların idarəetmə stansiyasını məhv edib

Ermənistan silahlı qüvvələrinə məxsus PUA-nın idarəetmə stansiyası məhv edilib.

14 İyun 2023
Hərbi

Ermənilər Naxçıvan istiqamətində mövqelərimizi atəşə tutdular: Cavab tədbirləri görülür

İyunun 14-ü saat 10:00-dan etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini yenidən müxtəlif çaplı silahlardan intensiv atəşə tutub.

12 Apr 2023
Hərbi

Ermənilərin itkilərinin sayı AÇIQLANDI

Ermənistan Müdafiə Nazirliyi Ermənistan Silahlı Qüvvələrinin təxribatı nəticəsində 4 hərbçisinin həlak olması, 6 hərbçisinin isə yaralanması barədə məlumat yayıb.

31 Yan 2023
Hərbi

Azərbaycan Ordusunun tankları Türkiyədə keçirilən təlimlərdə manevrlər edib

Türkiyə və Azərbaycanın zirehli bölmələri Türkiyənin Qars şəhərində keçirilən “Qış təlimi - 2023” təlimlərində manevr imkanları yoxlanılıb. Manevrlərdən əvvəl tanklara texniki qulluq və nəzarət həyata keçirib.