Dağlıq Qarabağın azərbaycanlı icmasının sədri: “Ermənistan siyasi rəhbərliyinin bu oyunları nəticəsiz qalacaq”

Dağlıq Qarabağın azərbaycanlı icmasının sədri: “Ermənistan siyasi rəhbərliyinin bu oyunları nəticəsiz qalacaq”
22 2020 17:38


Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının sədri Tural Gəncəliyev açıqlama yayıb.

İcmadan daxil olan açıqlamada deyilir:

“Dünən – 21 may tarixində Ermənistan sülh prosesinə ən yüksək səviyyədə zərbə vuran bir addım ataraq, Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinin erməni icmasına özünün təşkil etdiyi qanunsuz “seçki” şousu ilə təyin etdiyi qondarma “prezident” üçün qondarma “andiçmə mərasimi” təşkil etdi. Bu təxribat Ermənistan siyasi rəhbərliyinin ən yüksək səviyyədə təmsilçiliyi ilə Azərbaycanın işğal olunmuş Şuşa şəhərində, “Azərbaycan” kinoteatrının binasında təşkil edildi.

Bütün addımlar – qondarma “seçki” şousu, qondarma “andiçmə” tədbiri və ən əsası, bu tədbirin Azərbaycan üçün xüsusi mənəvi önəmi olan yerdə - Şuşada təşkili bir məqsədə xidmət edirdi: sülh danışıqlarının nəticəsiz qalmasını təmin etmək.

Hətta dünən təşkil edilən “tədbir” o qədər mənasız və əsassız idi ki, qondarma rejimin yeni oyuncaq “rəhbəri” öz çıxışında Ermənistan baş nazirinin 2019-cu ilin avqustunda Xankəndində səsləndirdiyi “Qarabağ Ermənistandır, nöqtə” ifadəsini eynilə təkrar etdi.

Belə olan halda sual olunur ki, əgər Qarabağ Ermənistandırsa, sən kimsən? Cavab isə, əslində, çox aydındır, Ermənistan tərəfindən münaqişənin mahiyyətini təhrif etmək məqsədilə işğal edilmiş Azərbaycan ərazilərinə təyin olunmuş qondarma nümayəndə.

Qətiyyətlə bildiririk ki, Ermənistan siyasi rəhbərliyinin bu oyunları nəticəsiz qalacaq. Münaqişənin mahiyyəti ən yüksək səviyyədə hüquqi təsdiqini BMT və digər beynəlxalq təşkilatların qətnamə və bəyanatlarında tapıb. ATƏM-in (indiki ATƏT) 1992-ci ilin mart ayında Helsinkidə keçirilən sammitinin yekun sənədində aydın göstərildiyi kimi, Ermənistan və Azərbaycan Respublikaları münaqişə tərəfləri, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni və azərbaycanlı icmaları isə münaqişənin maraqlı tərəfləridir.

Ermənistan tərəfindən işğal olunmuş Qarabağ bölgəsi Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsidir və bu, dəyişdirilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 11-ci maddəsində də göstərildiyi kimi, Azərbaycan Respublikasının ərazisi vahiddir, toxunulmazdır və bölünməzdir.

Bir daha bəyan edirik ki, Ermənistan – Azərbaycan münaqişəsi yalnız Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyü çərçivəsində, işğalçı Ermənistan ordusunun Azərbaycanın işğal altındakı ərazilərindən çıxarılması və öz torpaqlarından didərgin düşmüş azərbaycanlı məcburi köçkünlərin bütün işğal olunmuş ərazilərə geri qayıtmasından sonra həll oluna bilər. Bölgədə davamlı və ədalətli sülhün təmini isə yalnız Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində erməni və azərbaycanlı icmalarının Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyü çərçivəsində, sülh şəraitində birgə yaşayışı ilə mümkündür. Bu, bizim üçün qırmızı xətdir və regionda sülhün təmin olunması üçün başlıca şərtdir”.

20 Yan 2021
Siyasət

İlham Əliyev və Mehriban Əliyeva Şəhidlər Xiyabanını ziyarət etdilər - FOTO

Qanlı 20 Yanvar faciəsindən 31 il keçir. Sovet imperiyasının Bakıda törətdiyi qanlı qırğının 31-ci ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident  Mehriban Əliyeva Şəhidlər xiyabanını ziyarət ediblər.

20 Yan 2021
Siyasət

Mehriban Əliyevadan 20 Yanvarla bağlı paylaşım - FOTO

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva 20 Yanvar hadisələrinin ildönümü ilə bağlı paylaşım edib. 

20 Yan 2021
Siyasət

İlham Əliyev 20 Yanvar günü ilə bağlı paylaşım etdi - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 20 Yanvar günü münasibətilə sosial media hesabında paylaşım edib. 

20 Yan 2021
Siyasət

“AzerFloat” Azərbaycanda termoformasiya üsulu ilə vərəqə şüşə istehsal edən zavod istifadəyə verilib - FOTO

Yanvarın 18-də Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə Sumqayıt Kimya Sənaye Parkının (SKSP) ərazisində yerləşən “AzerFloat” şirkətinin termoformasiya metodu ilə vərəqə şüşə istehsalı zavodunun açılışı olub.

19 Yan 2021
Siyasət

Vəzifəsinə xitam verilən gömrükçülərə birdəfəlik müavinət ödəniləcək

Gömrük orqanlarının vəzifəli şəxslərinin xidmətinə qanunvericilikdə nəzərdə tutulan əsaslarla xitam verildikdə, onlara vəzifə maaşının altı misli məbləğində birdəfəlik müavinət ödəniləcək.