“Elektrik enerjisi və qazın qiymətinin qaldırılması ölkədə işsizliyin sayının artmasına təkan verəcək”.
REALPRESS.Az Modern.az-a istinadən xəbər verir ki, bu sözləri deputat, Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Möhbalıyev parlamentdə 2017-ci ilin büdcə layihəsinin müzakirəsi zamanı deyib.
Deputat bildirib ki, artıq bununla bağlı iş adamları ona müraciət edib və gələcək fəaliyyətlərində ciddi problemin olacaqlarını dilə gətiriblər.
“Misal üçün bir şəxs iki hektara yaxın istixanasının olduğunu və təkcə indiyədək ayda enerji daşıyıcılarına 25 min manatadək vəsait xərclədiyini bildirdi. Bundan sonra isə bu xərclər iki dəfə artaraq 50 min manat edəcək. İş adamı da nəticədə fəaliyyətini dayandıracaq və işçiləri ixtisara salacaq. Bu da işsizliyin artmasına səbəb olacaq. Onlar hara gedəcək?!”.
Səttar Möhbalıyev xəstəxanaların özəlləşməsi ilə bağlı məsələyə də münasibət bildirib:
“Ən azından işçilərə alternativ iş yeri təklif olunmalıdır. Onlar iş yerləri ilə təmin olunmalıdır ki, sonra müəssisə özəlləşdirilməyə çıxarılsın. Bu gün özəlləşdirilməyə çıxarılacaq kifayət qədər istifadəsiz müəssisələr var, qoy onlar öncə çıxarılsın. SOCAR-a məxsus yetərincə istifadəsiz istirahət mərkəzləri var. Qoy onlar çıxarılsın. Müəssisə özəlləşən zaman insan amili öndə olmalıdır”.
“Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) dinamikasında müsbət meyillər davam edir”.
Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələri açıqlanıb.
Naxçıvan sakinləri şəxsiyyət vəsiqələrini "ASAN Xidmət" mərkəzlərində dəyişdirə biləcəklər.
Özbəkistan Baş nazirinin müavini - investisiyalar və xarici ticarət naziri Cəmşid Xocayev Azərbaycanda səfəri çərçivəsində Ələt Azad İqtisadi Zonasının və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı QSC-nin rəhbərliyi ilə görüşlər keçirib.