Dövlət qulluğuna qəbulla bağlı sınaq imtahanlarının vaxtı açıqlandı

Dövlət qulluğuna qəbulla bağlı sınaq imtahanlarının vaxtı açıqlandı
09 Okt 2019 12:47

Dövlət qulluğuna qəbulla bağlı sınaq imtahanlarının vaxtı açıqlanıb.

Dövlət İmtahan Mərkəzindən (DİM) Milli.Az-a verilən məlumata görə, sınaq imtahanları AA, AB, AC, BA, BB qrupları üzrə 11 və 18 oktyabr tarixlərində keçiriləcək.

İmtahanlar saat 10:00-da başlayacaq.

Namizədlər imtahanı Mərkəzin Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında xüsusi ayrılmış zallarda kompüter vasitəsilə elektron formada verəcəklər. Qeyd olunan imtahanlarda iştirak etmək üçün onlayn qeydiyyat müvafiq olaraq 11 və 18 oktyabr tarixlərində saat 9:00-da başa çatacaq. Qeydiyyatdan keçmək üçün http://eservices.dim.gov.az/dqq/Exam/TestExamRegCom keçidinə daxil olmaq lazımdır.

Qeyd edək ki, sınaq imtahanlarında iştirak etmək istəyənlər DİM-in saytında "Şəxsi kabinet"lərini yaratmalıdırlar. Kabinet yaradılan zaman onun pul hesabı da açılır. "Şəxsi kabinet"də olan hesaba vəsait daxil etmək üçün müxtəlif ödəniş üsullarından (ətraflı məlumat payment.dim.gov.az saytında verilmişdir) yararlanmaq olar. "Şəxsi kabinet" yaradıldıqdan və hesaba lazımi vəsait qoyulduqdan sonra sınaq imtahanlarında iştirak etmək üçün DİM-in saytında online qeydiyyatdan keçmək lazımdır.

Sınaq imtahanında hər qrup üzrə uyğun olaraq əvvəlki imtahanlarda olan eyni test tapşırıqlarından istifadə ediləcək. Təkrar imtahanda iştirak etmək istəyənlərin nəzərə almasını xahiş edirik.

Realpress.az

27 Yan 2020
Cəmiyyət

BDU-nun iki prorektoru və bir dekanı işdən çıxarılıb

Bakı Dövlət Universitetinin (BDU) iki prorektoru işdən çıxarılıb.

27 Yan 2020
Cəmiyyət

Bakıda xanım sürücüdən qeyri-etik davranış - VİDEO

Bakıda maşınını avtobus dayanacağında saxlayaraq hərəkətə mane olan sürücülər çoxdur.

27 Yan 2020
Cəmiyyət

Azərbaycandan Həcc ziyarətinə getmək üçün sənəd qəbuluna başlanılıb - QİYMƏT

Bu gündən Azərbaycandan Həcc ziyarətinə getmək üçün sənəd qəbuluna başlanılıb.

27 Yan 2020
Cəmiyyət

Bakıya 27 müasir zibil maşını gətiriləcək - FOTO

Ötən ilin iyul ayından paytaxtın Nərimanov rayonunda Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamenti tərəfindən Böyük Britaniyanın Mott MacDonald şirkəti ilə birgə hazırlanmış yeni pilot layihənin - bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsinin ən müasir səviyyədə təşkil edilməsi layihəsinin icrasına həyata keçirilir.