Ələt azad iqtisadi zonası yaradıldı - FƏRMAN

Ələt azad iqtisadi zonası yaradıldı - FƏRMAN
22 2020 15:19


Ələt azad iqtisadi zonası yaradılıb.

Prezident İlham Əliyev “Ələt azad iqtisadi zonasının yaradılması və fəaliyyətinin təşkili haqqında” Fərman imzalayıb.

Fərmana əsaəsən, Ələt azad iqtisadi zonası (Azad Zona) və Azad Zonanın səlahiyyətli qurumu yaradılıb. Qaradağ rayonunun inzibati ərazisində yerləşən torpaqlar Ələt azad iqtisadi zonasının ərazisi qismində müəyyən edilib. Ələt azad iqtisadi zonasının müvəqqəti idarəetmə qurumu ləğv olunub.

Nazirlər Kabineti yerquruluşu planlarında göstərilmiş torpaqların “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun alınması istiqamətində zəruri tədbirlər görəcək. Torpaqların dövlət ehtiyacı üçün alınması yekunlaşdıqdan sonra bu Fərmana 1–3 nömrəli əlavələrdəki yerquruluşu planlarında göstərilmiş torpaqların Azad Zona səlahiyyətli qurumuna birdəfəlik, əvəzsiz və daimi istifadə hüququ ilə verilməsi barədə təkliflərini müvafiq yerquruluşu planları ilə birlikdə Azərbaycan Respublikasının Prezidentinə təqdim edəcək.

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC ayrılmış ərazinin Ələt azad iqtisadi zonasının ərazisinə daxil edilməsi üçün zəruri normativ hüquqi aktların layihələrini üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.

Azad Zona səlahiyyətli qurumu Azad Zona səlahiyyətli qurumunun təşkilati strukturunun müəyyən edilməsi ilə bağlı təkliflərini on beş gün müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim edəcək. Mərkəzi və yerli icra hakimiyyəti orqanları, dövlət adından yaradılan publik hüquqi şəxslər və səhmlərinin (paylarının) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər bu Fərmandan irəli gələn məsələlərin həlli ilə bağlı Azad Zona səlahiyyətli qurumuna lazımi kömək göstərilməsini təmin etməlidir.

24 May 2020
Siyasət

Tacikistan Prezidenti İlham Əliyevi Respublika Günü münasibətilə təbrik edib

Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi və Azərbaycan xalqını Respublika Gününün ildönümü münasibətilə təbrik edib.

24 May 2020
Siyasət

Mehriban Əliyeva Azərbaycan xalqını Ramazan bayramı münasibətilə təbrik edib - FOTO

“Bütün Azərbaycan xalqını və dünya müsəlmanlarını müqəddəs Ramazan bayramı münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Uca Tanrı etdiyiniz duaları, tutduğunuz orucu qəbul etsin, bütün insanlara sağlamlıq və səadət, dünyamıza əmin-amanlıq və xoş günlər bəxş etsin!”

24 May 2020
Siyasət

Leyla Əliyevanın təşəbbüsü ilə yardım aksiyası keçirildi - FOTO

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə müqəddəs Ramazan ayında Bakıda və Moskvada ehtiyacı olan insanlara yardım aksiyası keçirilib.

23 May 2020
Siyasət

Almaniya XİN: “Dağlıq Qarabağdakı separatçı rejimi tanımırıq”

“Almaniya Federativ Respublikası qondarma “Arsax Respublikası”nı tanımır. Müvafiq olaraq, bu qondarma qurumun nə akkreditə olunmuş diplomatik və ya konsulluq nümayəndələri mövcuddur, nə də qəbul edilmiş nümayəndəliyi”.

23 May 2020
Siyasət

ABŞ şəhərində 28 May Azərbaycan Respublika Günü elan olundu

Florida ştatının Mayami-Deyd şəhərinin meri Karlos Himenez 2020-ci ilin 28 May tarixinin Azərbaycan Respublika Günü elan olunması ilə bağlı Bəyannamə imzalayıb.