Fərdi təhsillə bağlı yeni - ƏMR

Fərdi təhsillə bağlı yeni - ƏMR
12 2019 16:49


Azərbaycanda fərdi təhsil üzrə nümunəvi tədris planı təsdiq edilib.

Realpress.az xəbər verir ki, bu barədə Təhsil naziri Ceyhun Bayramov müvafiq əmr imzalayıb.

Əmr əsasında uzun müddət təhsildən kənarda qalmış şəxslərin fərdi təhsilinin təşkili və tənzimlənməsi təmin ediləcək.

Əmrə əsasən, uzun müddət təhsildən kənarda qalmış şəxslərin ümumtəhsil məktəblərində təşkil olunan fərdi təhsilinə aid 2019-2020-ci dərs ili üçün tədris planı və tədris planına dair “Qeydlər” təsdiq olunub.

Əmrin icrasına nəzarət nazir müavini Məhəbbət Vəliyevaya həvalə olunub. 


18 Sent 2019
Cəmiyyət

Maykl Ceksonun pedofilliyi haqda çəkilən film “Emmi”yə layiq görüldü - VİDEO

“HBO” telekanalının dünyaca məşhur müğənni Maykl Ceksonun uşaqlara qarşı törətdiyi seksual zorakılıqdan bəhs edən “Neverlendi tərk edərkən” filmi “Ən yaxşı sənədli film” nominasiyası üzrə “Emmi” mükafatına layiq görülüb.

18 Sent 2019
Cəmiyyət

Aşura günü qan verən 169 nəfərdə virus aşkarlanıb

Səhiyyə Nazirliyi və Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə qana ehtiyacı olan xəstələrə yardım məqsədi ilə könüllü qanverən 169 nəfərdə virus aşkarlanıb.