Günəşdə maqnit qasırğası olub

Günəşdə maqnit qasırğası olub
11 2019 16:20

Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası iyulun 11-nə olan kosmik hava durumunu açıqlayıb.

Rəsədxanadan Realpress.az-a verilən məlumata görə, kosmik hava durumu - Günəş fəallığı çox aşağı səviyyədə olub. Günəş diski ləkəsizdir. Koronoqraf görüntülərində Yerə doğru yönələn tac kütlə atılması müşahidə olunmayıb. Hesabat dövründə Günəş küləyi parametrlərində güclənmə müşahidə olunub. Günəş küləyinin sürəti ~600 km/san intervalında olub. 

Geomaqnit sahə son 24 saat ərzində Günəş küləyinin təsiri hesabına fasilələrlə sakit (Kp=3,4) və G1 (Minor) səviyyəli qasırğa (Kp=5) şəraitlərində olub. G1 səviyyəli qasırğa əsasən 60○şimal en dairəsindən yuxarı bölgələr üçün xarakterik sayılır. Xatırladaq ki, Azərbaycan 38○24ꞌ və 41○54ꞌ şimal en dairələri arasında yerləşdiyindən qasırğanın mənfi təsirinə məruz qalmır. 

Kosmik hava proqnozuna əsasən, iyulun 11-13-də Günəş fəallığı çox aşağı səviyyədə qalacaq. İyulun 11-12-də geomaqnit sahədə həyəcanlaşmaların davam edəcəyi proqnozlaşdırılsa da, iyulun 13-də nisbi sakit şəraitə qayıdacağı istisna edilmir (Kp=3, 4). Maqnit qasırğasının yaranması ehtimalı 11 iyulda 10%-dən, 12 və 13 iyulda 5%-dən aşağı qiymətləndirilir. 


18 Sent 2019
Cəmiyyət

Sahibkarlar işığını onlayn yandıra biləcək - VİDEO

“Azərişıq” ASC-nin mütəxəssislərinin yaratdığı Elektron Müraciətlərin İdarəolunması Sistemi vasitəsi ilə indi hər bir sahibkar onlayn qaydada obyektinə işıq çəkdirə biləcək. 

18 Sent 2019
Cəmiyyət

Tarixi tibb qanununun müasir təcəssümü - Kanon Apteklər Şəbəkəsi - VİDEO

Şəhərimizdə artıq 14 ildir ki, fəaliyyət göstərən Kanon apteklər şəbəkəsi özünün yeni rebrendinqini əhaliyə təqdim etməkdədir. Rebrendinq sayəsində apteklər şəbəkəsinin fəaliyyət istiqaməti dahada genişlənmiş və keyfiyyəti dahada artmışdır. Keyfiyyəti və xidməti ilə yanaşı Kanon adı və logosu da insanlar arasında maraq yaratmışdır 

18 Sent 2019
Cəmiyyət

Aztəminatlı ailələrin məktəb ehtiyacları üçün müavinətin ayrılması təklif edilir

Azərbaycanda deputat məktəb yaşında uşaqları olan aztəminatlı ailələrə ildə bir dəfə təhsil ehtiyaclarını ödəmək üçün müavinətin verilməsini təklif edir.

18 Sent 2019
Cəmiyyət

“Azərişığ”a məxsus maşın dərəyə aşdı: ölənlərin adları bilindi - YENİLƏNİB

“Azərişığ”a məxsus maşın dərəyə aşdı: ölənlərin adları bilindi - YENİLƏNİB

18 Sent 2019
Cəmiyyət

Elinanın intiharı ilə bağlı direktordan ŞOK sözlər: "Xoşqədəmin sensasiya arzusu idi" - VİDEO

Bu gün ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmaqda təqsirləndirilən 162 nömrəli tam orta məktəbin keçmiş direktoru Sevinc Abbasovanın cinayət işi üzrə məhkəməsi davam edib.