Gürcüstan şirkətləri mülkiyyət hüququnu pozduğuna görə “Microsoft”a 100 min dollar ödəyəcək

Gürcüstan şirkətləri mülkiyyət hüququnu pozduğuna görə “Microsoft”a 100 min dollar ödəyəcək
28 Noy 2016 15:15

Bir il ərzində Gürcüstanda “Microsoft”un əqli mülkiyyət hüququnun pozulduğu 10 məhkəmə işinə baxılıb ki, bunlardan artıq yeddisi üzrə proses başa çatıb.

Şirkətdən REALPRESS-ə verilən məlumata görə, kompensasiyanın ümumi məbləği 239 min laridən çox təşkil edib (96,1 min dollar). Məhkəmədə işinə baxılan şirkətlər kompensasiyanı ödəməklə yanaşı, istifadə etdikləri lisenziyasız proqram təminatlarını da leqallaşdırıb.

Hazırda Gürcüstan məhkəməsi “Microsoft”un əqli mülkiyyət hüququnun pozulduğu daha üç məhkəmə işinə baxır. Müəllif hüquqlarının pozulmasına qarşı bu cür mübarizə Gürcüstanda “Microsoft” şirkətinin əqli mülkiyyət hüquqlarının qorunması üzrə maraqlarını təmsil edən “Business Legal Bureau” (BLB) hüquq şirkəti tərəfindən həyata keçirilir.

BLB-nin icraçı partnyoru və “Microsoft”un hüquq məsləhətçisi Kaxa Şarabidze bildirib: “Əqli mülkiyyət hüquqlarının effektiv qorunması Gürcüstanın gələcəkdə Avropa Birliyinə qoşulma səylərinin ayrılmaz bir hissəsidir. Cari qanunvericilik müəllif hüquqları sahiblərini qanunsuz proqram təminatından istifadəsi ilə mübarizə sahəsində hüquq mexanizmləri ilə təmin edir. Bu mexanizm sayəsində müəllif hüququ sahibləri inzibati, cinayət və mülki icraatları başlada bilərlər”.

BSA-nın (Business Software Alliance) apardığı son qlobal araşdırmanın nəzticələrinə əsasən, 2015-ci ildə Gürcüstanda proqram təminatlarının 85%-i lisenziyasız olub ki, bunun da ümumi dəyəri 24 mln. dollar təşkil edib.

“Microsoft Ukraine” şirkətinin Əqli mülkiyyət hüquqlarının qorunması departamentinin rəhbəri Yelena Dmitriyeva qeyd edib: “Qanunsuz proqram təminatından istifadə həm şirkətlər, həm də istifadəçilər üçün böyük risklər yaradır. Bu cür davranışların nəticələri bizneslər üçün tərəfdaş və investor inamının və nüfuzun itirilməsinə gətirib çıxara bilər. Qeyri-leqal proqram təminatından istifadə kibercinayətlara yaşıl işıq salır. Qurbanlara çevrilmiş istifadəçilər isə maliyyə itkiləri, əsəb pozuntusu və bəzən də məxfi məlumatların itkisi ilə öz səhvlərinin cəzasını çəkirlər. Məsələn, bu cür kiberhücumların nəticələrini aradan qaldırmaq üçün orta hesabla 45 gün vaxt tələb olunur. Bununla yanaşı, proqram təminatının daha münasib qiymətə bulud texnologiyası ilə leqallaşdırmaq mümkündür”.


23 Yan 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “2022-ci ildə ÜDM 2021-ci ilə nisbətən 4,6% artıb” - FOTO

“Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) dinamikasında müsbət meyillər davam edir”.

16 Yan 2023
İqtisadiyyat

Avro bahalaşdı, rubl ucuzlaşdı

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələri açıqlanıb.

6 Yan 2023
İqtisadiyyat

Naxçıvan sakinləri şəxsiyyət vəsiqələrini "ASAN Xidmət"də dəyişdirə biləcək

Naxçıvan sakinləri şəxsiyyət vəsiqələrini "ASAN Xidmət" mərkəzlərində dəyişdirə biləcəklər.

6 Yan 2023
İqtisadiyyat

Özbəkistan “Bakı Limanı”nın imkanlarından istifadə etməyi planlaşdırır

Özbəkistan Baş nazirinin müavini - investisiyalar və xarici ticarət naziri Cəmşid Xocayev Azərbaycanda səfəri çərçivəsində Ələt Azad İqtisadi Zonasının və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı QSC-nin rəhbərliyi ilə görüşlər keçirib.

6 Yan 2023
İqtisadiyyat

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

Azərbaycan Mərkəzi Bankı 6 yanvar tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb.