Hacı Əliyev Yakutskda beş min dollar qazana bilər

Hacı Əliyev Yakutskda beş min dollar qazana bilər
09 Okt 2019 16:30


11-13 oktyabrda Rusiyanın (Saxa Respublikası) Yakutsk şəhərində sərbəst güləş üzrə Əməkdar məşqçi Dmitri Korkinin xatirəsinə həsr olunmuş ənənəvi Qran-Pri keçiriləcək.

realpress.az xəbər verir ki, 10 çəki dərəcəsi üzrə keçiriləcək bu yarışda bəzi məşhur güləşçilər də iştirak edəcək.

Bunların arasında üçqat dünya və üçqat Avropa çempionumuz Hacı Əliyev, hindistanlı ikiqat Olimpiya mükafatçısı Suşil Kumar, Bakıda keçirilmiş Avropa Oyunlarının qalibi Aleksandr Boqomoyev var. Həmçinin, Olimpiya çempionu Soslan Ramonovun da iştirak edəcəyi gözlənilir.

“Triumf” idman kompleksində keçiriləcək yarışın qalibi 5 min dollar qazanacaq. Gümüş mükafatçı 3 min, bürünc medalçıların hərəsi 1000 dollara sahib çıxacaq.

Qeyd edək ki, bu yarışda üç çəkidə Azərbaycan təmsilçiləri mübarizə aparacaq. Bunlar Hacı Əliyev (-65 kq), Hacımurad Hacıyev (-74 kq) və Əbubəkr Abakarovdur (-79 kq). Son iki dağıstanlı legionerlərimiz bu yarışdan sonra Mahaçqalaya qayıdıb 23 yaşadək millimizə qoşulacaq. Onlar U-23-lər arasında Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək dünya çempionatına orda hazırlaşacaq.


15 Okt 2019
İdman

Ronaldudan 700-cü qol

"Yuventus"un və Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldu karyerasının 700-cü qolunu vurub.

15 Okt 2019
İdman

Həbib Nurməhəmmədov çayda belə məşq edir - VİDEO

Həbib Nurməhəmmədov çayda belə məşq edir - VİDEO

15 Okt 2019
İdman

Millimiz İsveçrəyə qarşı

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində bu gün növbəti oyununu keçirəcək.

14 Okt 2019
İdman

Fransa - Türkiyə matçını 40 min türk azarkeş izləyəcək

Bu gün AÇ-2020-nin seçmə mərhələsinin 8-ci turunda Fransa ilə Türkiyə milli komandaları üz-üzə gələcək.