Ölkəmizdə koronavirus (COVID-19) pandemiyasının yayılmasına qarşı görülən maarifləndirmə tədbirləri çərçivəsində ictimaiyyətin ayrı-ayrı sahələr üzrə hazırlanan “METODİKİ GÖSTƏRİŞLƏR”lə daha yaxından tanış olması üçün TƏBİB və Bakı Media Mərkəzi animasiya şəklində videoçarxlar hazırlayıb.
Çox sadə gigiyenik qaydalara riayət etməklə, özünüzün və sevdiklərinizin sağlamlığının qoruya bilərsiniz. Unutmayın, sağlamlığınız öz əlinizdədir!
“İctimai nəqliyyatda koronavirus infeksiyasının profilaktikasına dair metodiki göstərişlər” əsasında hazırlanmış videoçarxı diqqətinizə çatdırırıq:
Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızın ailə üzvləri, müharibə iştirakçıları, müharibədən zərər çəkənlər, erməni terroruna məruz qalanlardan ibarət olmaqla artıq 3200-dən çox şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən sosial-psixoloji dəstək və reabilitasiya xidməti ilə əhatə olunub.
Azərbaycan müstəqilliyə gedən yolda çox itkilər verdi. Ən ağrılı günlərdən biri isə 1990-cı il yanvarın 20-də Sovet ordusunun tanklarla Bakıya girərək, insanları qətlə yetirməsi olub.
Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayevin Qara Yanvar faciəsi haqda yazdığı məqalə 19 yanvar 2021-ci il tarixində ABŞ-ın “Medium” onlayn media platformasında dərc edilib.