İlham Əliyev və Ərdoğan telefonla danışdı

İlham Əliyev və Ərdoğan telefonla danışdı
15 2019 14:32


Mayın 15-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevi və Azərbaycan xalqını Ramazan ayı münasibətilə təbrik edib, dövlətimizin başçısına və xalqımıza firavanlıq arzularını çatdırıb. 

Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib və öz növbəsində, Rəcəb Tayyib Ərdoğanı və Türkiyə xalqını bayram münasibətlə təbrik edib, Türkiyə Prezidentinə və xalqına ən xoş arzularını çatdırıb.

Söhbət zamanı dövlət başçıları Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bundan sonra da bütün sahələrdə uğurla inkişaf edəcəyinə əmin olduqlarını bildiriblər.

30 May 2020
Siyasət

Qaçqın və məcburi köçkünlər cəmiyyətimizin ən həssas təbəqələrindən biridir

Azərbaycanda öz doğma yurd-yuvalarından didərgin düşmüş qaçqın və məcburi köçkünlərə göstərilən həssas diqqət və qayğının heç bir ölkədə anoloqu yoxdur. Dövlətimiz tərəfindən yürüdülən balanslaşdırılmış demoqrafik siyasətin mərkəzində, digər soydaşlarımızla bərabər, birmənalı şəkildə qaçqın və köçkünlərin də vətəndaş məmnunluğunun təmin olunması prinsipi dayanır".

30 May 2020
Siyasət

Pakistan Prezidenti İlham Əliyevi təbrik edib

Pakistan İslam Respublikasının Prezidenti Arif Alvi Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

29 May 2020
Siyasət

Prezidentin “Qobu Park-3”dəki çıxışı: Ötən il dövlətin bir məcburi köçkünə xərclədiyi vəsait - RƏQƏMLƏR

Mayın 28-də Bakının Qaradağ rayonunda məcburi köçkünlər üçün salınmış “Qobu Park-3” yaşayış kompleksinin açılışı olub.

29 May 2020
Siyasət

Azərbaycanın Britaniyadakı səfiri AİHM-ə Ramil Səfərovla bağlı cavab verdi

Azərbaycan Respublikasının Böyük Britaniyadakı səfirinin Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) qərarı ilə bağlı İngiltərənin “Guardian” qəzetində nəşr olunmuş məqaləyə cavabı dərc edilib.