İş adamı aktrisaları tapança ilə döydü - Biri Rafet El Romanın eks həyat yoldaşıdır - FOTO

İş adamı aktrisaları tapança ilə döydü - Biri Rafet El Romanın eks həyat yoldaşıdır - FOTO
11 2019 16:48

Türkiyəli maniken və aktrisa Ceren Kaplakarslan və anası - aktrisa Nuray Deveci Yeşiltepe döyülüb.

BAKU.WS Türkiyə mediasına istinadən xəbər verir ki, hamiləliyin 6 ayında olan 30 yaşlı aktrisa sevgilisi - iş adamı Temel Kankıran tərəfindən döyülüb.


Hadisə 1 sentyabr tarixində Ataşehirdə baş verib. Hamilə Ceren Kaplakarslan anası Nuray Deveci Yeşiltepe ilə birlikdə həkim müayinəsi üçün özəl xəstəxanaların birinə gəliblər. Bu zaman Kaplakarslanın sevgilisi Temel Kankıran da xəstəxanaya gəlib. Müayinə başa çatdıqdan sonra anası ilə bərabər avtomobilə tərəf hərəkət edərkən Temel onlara yaxınlaşaraq danışmaq istədiyini deyib.


Dialoq mübahisə ilə davam edib. Temel Kankıran belindəki tapançanı çıxararaq Ceren Kaplakarslanın başına dayayıb. Aktrisanın anası qızını qorumaq istəyərkən acıqlı sevgili silahın dəstəyilə qadını vurub. Daha sonra Cerenin üzündən zərbə endirib. Hər ikisi zərbələrdən yerə yıxılıb. Temel onları yerdə təpikləməyə başlayıb.

Ətrafdakı insanlar ana və qızın köməyinə yetişiblər və təcili yardımla xəstəxanaya aparılıblar. 

Cinayəti törədən iş adamı Temel Kankıran saxlanılıb. Barəsində həbs hökmü çıxarılaraq həbsxanaya göndərilib.

Qeyd edək ki, Ceren Kaplakarslan məşhur müğənni Rafet El Romanın keçmiş həyat yoldaşıdır.



17 Fev 2020
Şou-biznes

Hadisədən Aslıya gözlənilməz cavab — FOTO

Müğənni Hadisə aktrisa Aslı Enverin onu İnstaqramda dostluqdan çıxarmasına münasibət bildirib.

17 Fev 2020
Şou-biznes

“Jara-2020”də ilk: Türk müğənniləri də çıxış edəcək - VİDEO

“Jara-2020”də ilk: Türk müğənniləri də çıxış edəcək - VİDEO

15 Fev 2020
Şou-biznes

Azərbaycanlı müğənni “Google Russia”nın siması seçildi - VİDEO

Azərbaycanlı müğənni “Google Russia”nın siması seçildi - VİDEO

15 Fev 2020
Şou-biznes

Brilliant Dadaşovadan göbək rəqsi — VİDEO

Xalq artisti Brilliant Dadaşova sosial şəbəkədəki paylaşımı ilə marağa səbəb olub.

15 Fev 2020
Şou-biznes

Talıb Tale nişanı qaytardı - VİDEO

Müğənni Talıb Tale nişanlısından ayrılıb.