Kiberhücum qurbanlarına kömək üçün təşkilat yaradılacaq

Kiberhücum qurbanlarına kömək üçün təşkilat yaradılacaq
11 2019 15:10

"Microsoft" korporasiyası və "Hewlett Foundation" fondu "Cyber Peace Institute" adlı qeyri-kommersiya təşkilatı yaradacaqlar. Təhlükəli kiberhücumlar barədə xəbərdarlıq edəcək və zərərçəkənlərə kömək göstərəcək təşkilatın yaxın bir neçə həftə ərzində fəaliyyətə başlayacağı gözlənilir.

 

"ICTnews" Elektron Xəbər Xidməti "SecurityLab" resursuna istinadən yazır ki, Las-Veqasda keçirilən "B-Sides" konfransında verilən məlumata görə, "Cyber Peace Institute" mütəxəssisləri təhqiqatlar aparacaq, mülki hədəflərə miqyaslı kiberhücumlar haqqında analitik informasiya təqdim edəcək, xərcləri qiymətləndirəcək, həm ayrı-ayrı şəxsləri, həm də şirkətləri təhlükəsizlik alətləri ilə təchiz edəcəklər.

 

Bildirilir ki, təşkilata "Microsoft" və "Hewlett Foundation" ilə yanaşı, "Facebook", "Mastercard" və "Ford Foundation" daxil olacaq. Lakin "Cyber Peace Institute" onun maliyyələşdirilməsi ilə məşğul olan heç bir şirkətdən asılı olmayacaq.

 

"Hewlett Foundation" tərəfindən təşkilata növbəti beş il üçün 5 milyon dollar ayrılıb. "Facebook" şirkətinin isə 250 min dollar ayıracağı gözlənilir. Təşkilatın maliyyələşdirilməsində iştirak edəcək "Microsoft" və "Mastercard" şirkətləri tərəfindən hansı məbləğin təqdim ediləcəyi barədə məlumat verilmir.

Realpress.az


16 Sent 2019
İT

“iPhone XR” 2019-cu ilin birinci yarısında ən populyar smartfon olub

Analitiklər 2019-cu ilin birinci yarısının nəticəsinə görə “iPhone XR” aparatını dünyanın ən populyar smartfonu elan ediblər. Cari ilin birinci yarısında bu modelin tədarük həcmi 30 milyona yaxın olub ki, bu da ən yaxın rəqibinin nəticəsindən 2 dəfə çoxdur. Bu haqda “IHS Markit” analitik şirkətinin bu yaxınlardakı araşdırmasına istinadən “CNET News” nəşri məlumat verib.

16 Sent 2019
İT

“16K” təsvir ölçülü “Sony” ekranı “Micro LED” modullarından ibarətdir

“Sony” şirkəti bu ilin əvvəlində “Crystal LED” texnologiyası üzrə hazırlanan “16K” təsvir ölçülü böyük ekran təqdim edib. O, əvvəlcə müxtəlif ekspozisiya zalları və iri şirkətlər üçün nəzərdə tutulsa da, indi onu istənilən şəxs əldə edə bilər.  

16 Sent 2019
İT

Yeni boşluq 1 milyarddan çox smartfona müdaxiləyə imkan verir

Təhlükəsizlik üzrə mütəxəssislər tərəfindən SİM kartlarda aşkar edilmiş yeni boşluq 1 milyarddan çox smartfona müdaxilə etməyə imkan verir. “AdaptiveMobile Security” şirkətinin mütəxəssisləri bildiriblər ki, sözügedən boşluğun köməyi ilə istifadəçilərin olduğu yerə, zənglərə və mesajlara müdaxilə mümkündür.

16 Sent 2019
İT

“Libra” kriptovalyutası Avropada qadağan edilib

Fransa və Almaniya hökumətləri "Facebook"un "Libra" adlı  yeni kriptovalyutasını blok edəcəklərinə dair birgə bəyanat veriblər.

16 Sent 2019
İT

Nazir Ramin Quluzadənin başçılıq etdiyi nümayəndə heyəti Qazaxıstana səfər edib

Qazaxıstan Respublikasının paytaxtı Nur-Sultan şəhərində Müstəqil Dövlətlər Birliyinin rabitə administrasiyalarının təsis etdiyi Regional Rabitə Birliyinin Rabitə Administrasiyası Başçıları Şurasının 55-ci və İnformasiyalaşdırma üzrə MDB-nin Koordinasiya Şurasının 25-ci birgə iclası keçirilir.