Mehriban Əliyevanın təşəbbüsü ilə aztəminatlı ailələrə qurban payları çatdırılır - FOTO

Mehriban Əliyevanın təşəbbüsü ilə aztəminatlı ailələrə qurban payları çatdırılır - FOTO
12 2019 11:58


Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Qurban bayramı münasibətilə aztəminatlı ailələrə qurban payları çatdırılır.

Fonddan verilən məlumata görə, ətlik cins heyvanlar xüsusi ət kəsimi yerlərində kəsilərək hər bir ailə üçün ayrı-ayrılıqda qablaşdırılıb.

Heydər Əliyev Fondunun əməkdaşları və Fondun “Regional İnkişaf” İctimai Birliyinin könüllüləri respublika üzrə ünvanlı sosial yardım alan, eləcə də aztəminatlı ailələlərə bayram sovqatları çatdırıb.

Bayram sovqatlarının paylanılması avqustun 13-dək davam edəcək.

Ümumilikdə 70 minə yaxın ailənin bayramı təbrik edilərək onlara Qurban bayramı münasibətilə qurban payları çatdırılacaq.

Qeyd edək ki, Heydər Əliyev Fondunun nümayəndələri mütəmadi olaraq müxtəlif bayramlarda aztəminatlı ailələrə baş çəkərək onlara Fondun adından sovqatlar təqdim edir.

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilən bu layihə aztəminatlı ailələr üzrə dövlət siyasətinə töhfə vermək məqsədi daşıyır.


21 Okt 2019
Siyasət

Prezident Tünzalə, Röya və Miri Yusifə “Xalq artisti” adı verdi

Prezident Tünzalə, Röya və Miri Yusifə “Xalq artisti” adı verdi

18 Okt 2019
Siyasət

"Bakı Metropoliteni"nin bütün stansiyalarının rəisləri və müavinləri dəyişdirildi

"Bakı Metropoliteni" QSC-nin stansiyalarının rəislərinin yerləri dəyişib. 

18 Okt 2019
Siyasət

Rusiya XİN-dən Azərbaycana TƏBRİK — VİDEO

Rusiyanın Xarici İşlər Nazirliyi Azərbaycan xalqını Dövlət Müstəqilliyi Günü münasibəti ilə təbrik edib.