Argentina yığmasının kapitanı Lionel Messi Argentina Futbol Assosiasiyasının (AFA) milli komandanın təhlükəsizliyini təmin edən mühafizə xidmətinin əməkdaşlarına olan borcunu ödəyib.
REALPRESS.Az-ın Lenta.ru-ya istinadən xəbərinə görə, bu barədə Diariouno radiosu məlumat verib.
Məlumata əsasən, mühafizəçilər 2018-ci il dünya çempionatının seçmə mərhələsi çərçivəsində keçirilən Braziliya-Argentina matçından sonra (xatırladaq ki qarşılaşma ev sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb) Messiyə müraciət ediblər. Beş-altı ay ərzində maaş almadıqlarını bildirən təhlükəsizlik xidmətinin əməkdaşları futbolçudan kömək istəyiblər.
Nəticədə Argentina yığmasının kapitanı öz atası ilə əlaqə saxlayıb, və mühafizəçilərin pulu futbolçunun şəxsi hesabından ödənilib.
Qeyd olunur ki, Messi bu məlumatın KİV-də yayılmasını istəmirdi.
Bu gün gecə saatlarında “AFC Fight Nights”in yüngül çəki üzrə kəmərinin sahibi Nəriman Abbasov Rusiyanın paytaxtı Moskvadan Bakıya qayıdıb.
UEFA-nın Səhiyyə Komissiyası AVRO-2020 üçün yeni sağlamlıq protokolu üzərində çalışır.
Rusiyanın paytaxtı Moskvada ağırlıqqaldırma üzrə kişilərdə 99-cu, qadınlarda 33-cü Avropa çempionatı başa çatıb.
“İlk dəfə idi ki, böyüklərin bu cür mötəbər yarışında iştirak edirdim. Baxmayaraq ki, artıq üç ildir böyüklərlə birgə döyüşürəm bu, ilk Avropa çempionatım idi və birinci dəfədən medal qazandığım üçün çox sevinirəm”.