Bu ilin yanvar-oktyabr ayları ərzində informasiya və rabitə müəssisələri 1 milyard 302,9 milyon manatlıq xidmət göstərib ki, onun da 72,6%-i əhali tərəfindən istehlak olunub.
Bu barədə RealPress.Az Dövlət Statistika Komitəsinə (DSK) istinadən xəbər verir ki, 2015-ci ilin eyni dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərinin gəliləri real ifadədə 3,8% artıb.
Bu sahədə əldə edilmiş gəlirin 80,5%-i bazarda əsas paya malik olan üç şirkətin, 19,5%-i isə digər yerli şirkətlərin payına düşüb.
Xidmətlərdən əldə edilən gəlirin 52,2%-i və ya 680,5 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.
Vatsapın rusiyalı istifadəçiləri messencerin iş keyfiyyətindən şikayətlənirlər.
Rusiya Baş Prokurorluğu Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət üzrə Federal Xidmətindən “Instagram”a məhdudiyyət qoyulmasını tələb edib.
Notbuk seçərkən çoxsaylı modellər arasında başını itirə bilərsən. Bu halda “Apple” brendi işimizi xeyli asanlaşdırır. Belə ki, bu şirkət kəmiyyətə deyil, keyfiyyətə üstünlük verir, buna görə də onun notbukları lakonikliyi və rahatlığı ilə seçilir.