Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Mingəçevirdə, nazirin birinci müavini Yevlaxda vətəndaşları qəbul edəcək

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Mingəçevirdə, nazirin birinci müavini Yevlaxda vətəndaşları qəbul edəcək
09 Okt 2019 11:49

Mərkəzi icra hakimiyyəti orqanlarının, digər qurumların rəhbərlərinin və onların müavinlərinin şəhər və rayonlarda 2019-cu ilin oktyabr ayında vətəndaşları qəbulu cədvəlinə uyğun olaraq, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəhbərliyi vətəndaşlarla görüşəcək.

 

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə 11 oktyabr 2019-cu il tarixində saat 12:00-da  Mingəçevir şəhərində Mingəçevir və Ağdaş sakinlərini, nazirin birinci müavini Əli Abdullayev isə həmin tarixdə saat 12:00-da Yevlaxda rayon sakinlərini qəbul edəcək.

 

Nazirliyin rəhbərliyi nəqliyyat, telekommunikasiya (o cümlədən internet, televiziya və radio yayımı) və poçt xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşları dinləyəcəklər.

 

Vətəndaşlar “mincom@mincom.gov.az” elektron poçt ünvanı, 1655 nömrəli Çağrı Mərkəzi, 012 598 38 18 nömrəli telefon vasitəsilə (regionlardan edilən zənglər pulsuzdur) əlaqə saxlayıb qəbula yazıla bilərlər.

 

Eyni zamanda, qəbula gəlmək istəyən vətəndaşlar, zərurət yaranarsa, yaşadıqları ərazinin poçt filialı və telekommunikasiya qovşağı tərəfindən nəqliyyat vasitələri ilə təmin olunacaq.

 

Bunun üçün vətəndaşlardan Mingəçevir şəhərində 024 2752999, Ağdaş rayonunda 020 2355158, Yevlax rayonunda 022 3364646 nömrəli telefona zəng etmələri xahiş olunur.

Realpress.az


15 Okt 2019
İT

Dünyada ən sürətli enerji doldurma texnologiyasına malik telefon təqdim edilib

Çinin “Realme” şirkəti dünyada ən sürətli enerji doldurma texnologiyasına malik “X2 Pro” qabaqcıl smartfonunu təqdim edib. Bu haqda “Gizmochina” nəşri yazıb.  

15 Okt 2019
İT

“Sony” xəstələrin həyatını xilas etmək üçün 3D avadanlıq təqdim edib

"Sony" dünyada oyun konsolları, televizorlar və başqa rəqəmli texnika istehsalçısı kimi tanınır, lakin şirkət, həmçinin optik texnologiyalara xüsusi diqqət yetirir. "Sony" şirkəti Yaponiyada keçiriləcək "CEATEC 2019" konfransında yeni nəsil 3D kameralar təqdim etməyi planlaşdırır.

15 Okt 2019
İT

Rusiyada rəqəmli televiziyaya keçid başa çatıb

Rusiyanın bütün regionlarında analoq efir yayımı rəsmən dayandırılıb. Rəqəmli televiziya üçün yerüstü infrastrukturun yaradılmasına 80 milyard rubl sərf olunub. Bu barədə Rusiya Teleradio Yayımı Şəbəkəsinin baş direktoru Andrey Romançenko bildirib.

15 Okt 2019
İT

Azərbaycan və Özbəkistan arasında startaplar, innovasiyalar, yüksək texnologiyalar sahələrində əməkdaşlığın perspektivləri müzakirə olunub

Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə ilə ölkəmizdə səfərdə olan Özbəkistanın İnvestisiyalar və Xarici Ticarət naziri Sardor Umurzakov arasında görüş keçirilib.

15 Okt 2019
İT

EMEA regionunda kompüterlərin tədarükü 3 faiz yüksəlib

EMEA regionunda fərdi kompüterlərə tələbat artır. "Gartner" və "IDC" analitiklərinin məlumatı buna sübutdur.