ÖSKÜRƏK VƏ ONUN YARANMA SƏBƏBLƏRİ.

ÖSKÜRƏK VƏ ONUN YARANMA SƏBƏBLƏRİ.
11 2019 14:49

ÖSKÜRƏK VƏ ONUN YARANMA SƏBƏBLƏRİ.

Öskürək tənəffüs sistemi xəstəliklərinin əlamətlərindən biridir. Bəzən xəstəlik sağalsa da, uzunmüddətli öskürək müşahidə edilir. Bu isə bir çox şəxsdə narahatlığa səbəb olur. 

Öskürəyin yaranma səbəbləri. Öskürəyin yaranma səbəbləri arasında tənəffüs sistemi xəstəlikləri - sinusit, bronxit və pnevmoniya, mədə-bağırsaq traktı xəstəlikləri – qastroezofageal reflyuks, ağciyərlərin irsi, anadangəlmə xəstəlikləri, anomaliyaları, vərəm, allergik xəstəliklər, astma və başqa xəstəliklər dura bilər. Öskürək, həmçinin tənəffüs yollarına toz, qaz, tütün tüstüsü, maye və s. düşməsi ilə əlaqədar, bəzən də həyəcan keçirəndə və emosional gərginliklə üzləşəndə də baş verir.

Bəlğəmin olub-olmamasından asılı olaraq öskürək produktiv (nəm) və qeyri-produktiv (quru), davametmə müddətinə görə isə öskürək kəskin və xroniki olur. Əgər öskürək 3 həftəyə qədər sürərsə bu kəskin öskürək, 3 həftədən uzun sürərsə onda xroniki öskürəkdir.

Öskürəyə necə qalib gəlmək olar?

Öskürək uzun müddət davam edərsə, səbəbini öyrənmək üçün mütləq həkimə müraciət etmək lazımdır. Həkim müayinə və analizlər nəticəsində öskürəyin səbəbini  müəyyənləşdirəcək və ona uyğun müalicə təyin edəcəkdir.

Lakin bu o demək deyil ki, öskürəyi ev şəraitində müalicə etmək mümkün deyil.

• Birincisi, vaxtınızın əksər hissəsini keçirdiyiniz otağı tez-tez havalandırmaq, otağın havasını nəmləndirmək lazımdır.

• İkincisi, xeyli miqdarda ilıq maye qəbul etmək lazımdır.

• Üçüncüsü, siqaretdən imtina etmək (heç olmasa müvəqqəti) lazımdır.

Müalicə tədbirləri kompleksində öskürək əleyhinə bitki mənşəli vasitələr mühüm yer tutur. Təbii mənşəli vasitələr öskürəyin bütün növlərində təsir göstərir: onlar bəlğəmin  xaric olmasına, bronxların təmizlənməsinə, bronxlardakı ödemin azalmasına və iltihabın aradan qalxmasına kömək edir. Bronxların və öskürək reseptorlarının qıcıqlanmasını azaldır, bununla da öskürək refleksinin azalmasına səbəb olaraq, bu əzabverici simptomdan xilas edir.

Materialda əks olunmuş məlumatlar müxtəlif qaynaqlardan, o cümlədən elmi-populyar məqalələr, internet materialları, rəsmi hesabatlar və s. əldə olunmuş, ümumiləşdirilmiş, tərcümə edilmiş və sistemləşdirilmişdir.


27 Fev 2020
Səhiyyə - Sağlamlıq

Qaraciyəri təmizləyən və bərpa edən 5 əlçatan məhsul

Qaraciyərin əsas funksiyalarından biri detoksikasiya funksiyasıdır.

26 Fev 2020
Səhiyyə - Sağlamlıq

Uşağınızda bu simptomlar varsa, məktəbə buraxmayın - XƏBƏRDARLIQ

Dünyanın bir sıra ölkələrində yayılan koronavirusla bağlı profilaktik tədbirlər bütün sahələrdə aparılır. Şagirdlərin kompakt cəmləşdiyi təhsil müəssisələri də bu tədbirlərdən kənarda qalmayıb.

26 Fev 2020
Səhiyyə - Sağlamlıq

Hıçqırığı aradan qaldıran 10 effektli üsul

Adətən nəfəsalma zamanı biz diafraqmanın yığılmasın hiss etmirik.

24 Fev 2020
Səhiyyə - Sağlamlıq

Hansı viruslar xərçəngə səbəb ola bilər?

Mütəxəssislər, hansı virusların bədəndəki xərçəng hüceyrələrinin böyüməsini təhrik etdiyini açıqlayıblar.

12 Fev 2020
Səhiyyə - Sağlamlıq

Xərçəngdən, infeksiyalardan qoruyan ən güclü vasitə: QARA SARIMSAQ

Haqlı olaraq “sarımsağın qarası da olur?”, - deyə soruşa bilərsiniz. Bəli, olur.