Oqtay Gülalıyevi süni nəfəs aparatından ayırıblar

Oqtay Gülalıyevi süni nəfəs aparatından ayırıblar
08 Noy 2019 16:27


Hüquq müdafiəçisi Oqtay Gülalıyevin son durumu açıqlanıb.

Hüquq müdafiəçisinin oğlu Təbriz Gülalıyev sosial şəbəkə hesabında bildirib ki, atasının durumu hələ də ağırdır:

“Süni nəfəs aparatından ayrılmasına baxmayaraq, koma vəziyyətindədir. Həkimlər tezliklə ayılacağına dair söz deməyiblər. Daxili orqanlarında heç bir zərər olmadığı üçün özünün nəfəs alması normaldır. Əsas baş nahiyəsində olan ağır zədələrdir. Bununla bağlı heç bir irəliləyiş yoxdur”.

Qeyd edək ki, Oqtay Gülalıyev oktyabrın 29-u saat 17:20 radələrində 28 May küçəsi ilə Puşkin küçələrinin kəsişməsində taksi fəaliyyəti ilə məşğul olan sürücü Kənan Abdullayev idarə etdiyi “Hyundai Accent” markalı avtomobillə yolu keçən zaman vurulub. Oktyabrın 30-da “City Hospital”da O.Gülalıyev üzərində cərrahiyyə əməliyyatı keçirilib.

Onun müalicəsi Respublika Neyrocərrahiyyə Xəstəxanasında davam etdirilib.

Heydər Əliyev Fondu Oqtay Gülalıyevin müalicəsini üzərinə götürüb. Ailəsinin müraciəti nəzərə alınaraq, koma vəziyyətində olan Oqtay Gülalıyevin müalicəsinə dəstək baxımından xaricdən mütəxəssislər cəlb olunub.

İstanbuldan dəvət olunmuş həkim Oqtay Gülalıyevin vəziyyəti ilə yerində tanış olub. Ailəsi Oqtay Gülalıyevin müalicəsinin Türkiyədə davam etdirilməsinə qərar verdiyindən Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən, onun Türkiyəyə aparılması üçün xüsusi ambulans təyyarə ayrılıb.

Oqtay Gülalıyevin səhhəti ilə bağlı bundan sonra da yaranan bütün zəruri məsələlərin Heydər Əliyev Fondunun prezidentinin nəzarətində saxlanılacağı və müvafiq dəstəyin göstəriləcəyi bildirilib. 

O, noyabrın 6-da səhər saatlarında xüsusi ambulans təyyarə ilə İstanbula yola salınıb və orada Avrasiya Xəstəxanasına yerləşdirilib.

27 May 2020
Cəmiyyət

Rusiya – Azərbaycan sərhədində baş verənlərlə bağlı Dövlət Gömrük Komitəsindən AÇIQLAMA – YENİLƏNİB+VİDEO

Kənd təsərrüfatı məhsulları ilə dolu olan yüzlərlə avtomobil Azərbaycan Rusiya sərhədindəki “Samur” sərhəd gömrük buraxılış məntəqəsində qalıb.

27 May 2020
Cəmiyyət

AZAL daha 175 nəfəri Moskvadan Bakıya gətirdi - FOTO

Bu gün Azərbaycanın Milli aviadaşıyıcısı AZAL çarter reysi ilə 175 nəfər Azərbaycan vətəndaşını Moskvadan Bakıya gətirib.

27 May 2020
Cəmiyyət

FHN sosial dəstək tədbirlərini davam etdirir - FOTO/VİDEO

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Biz birlikdə güclüyük!" çağırışına əsasən, Fövqəladə Hallar Nazirliyi Ramazan bayramı günlərində də sosial dəstək tədbirlərini davam etdirir.

27 May 2020
Cəmiyyət

AzTV-dən Respublika günü ilə bağlı maraqlı VİDEO

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC (AzTV) 28 May - Respublika Günü münasibətilə maraqlı videoçarx hazırlayıb.

27 May 2020
Cəmiyyət

Azərbaycanda buraxılış imtahanlarının keçirilməsinə başlanılır

Dövlət İmtahan Mərkəzi tərəfindən 2020-ci ilin iyun ayından etibarən hər həftəsonu ümumi (9 illik) və tam (11illik) orta təhsil səviyyəsi üzrə buraxılış (ali və orta ixtisas təhsili müəssisələrinə qəbul) imtahanlarının keçirilməsinə başlanılır.