Putin Ankaraya gedib

Putin Ankaraya gedib
16 2019 16:37


Rusiya Prezidenti Vladimir Putin Türkiyəyə gedib.

RİA Novosti” xəbər verir ki, o, burada bazar ertəsi Suriyaya dair üçtərəfli sammitdə iştirak edəcək, habelə Türkiyə və İran liderləri Rəcəb Tayyib Ərdoğan və Həsən Ruhani ilə ayrı-ayrılıqda ikitərəfli görüşlər keçirəcək.

Ankaradakı hazırkı danışıqlar təminatçı dövlət başçılarının Suriya ilə bağlı beşinci görüşü olacaq. Bu formatda sammitlər daha əvvəl 22 noyabr 2017-ci ildə Soçidə, 4 aprel 2018-ci ildə Ankarada və 7 sentyabr 2018-ci ildə Tehranda baş tutub. Sonuncu görüş isə 14 fevral 2019-cu ildə Soçidə olub. 

Ankaradakı görüşdə liderlər gərginliyin qaldığı və terrorçuların geniş iştirakının müşahidə olunduğu İdlibdə və Suriyanın şimal-şərqindəki vəziyyətə toxunacaq, BMT-nin köməyi ilə suriyalıların özləri tərəfindən həyata keçirilən siyasi prosesin təbliği ilə bağlı məsələləri də müzakirə edəcəklər.

Bundan əlavə, danışıqlar zamanı qaçqınlara kömək və Suriyada əsas infrastrukturun bərpası mövzularına da toxunulacaq. Üçtərəfli danışıqlardan sonra dövlət başçılarının birgə bəyanatla çıxış edəcəkləri gözlənilir.

17 Okt 2019
Siyasət

Elmar Məmmədyarov: Azərbaycan və Ermənistan “substantiv danışıqlara” başlamalıdır

Elmar Məmmədyarov: Azərbaycan və Ermənistan “substantiv danışıqlara” başlamalıdır

17 Okt 2019
Siyasət

Köhnə təfəkkürlü, müasir zamanla ayaqlaşmayan məmurlar vəzifələrinə “əlvida” deyəcək - ŞƏRH

Köhnə təfəkkürlü, müasir zamanla ayaqlaşmayan məmurlar vəzifələrinə “əlvida” deyəcək - ŞƏRH

17 Okt 2019
Siyasət

İlham Əliyev Minsk qrupunun həmsədrləri ilə görüşdü

İlham Əliyev Minsk qrupunun həmsədrləri ilə görüşdü

17 Okt 2019
Siyasət

“Şişirdilmiş rəqəmlər versələr, öz cəzalarını alacaqlar” — İlham Əliyevdən dövlət qurumlarına XƏBƏRDARLIQ

“Gələn ilin büdcəsi ilə əlaqədar tapşırıqlar verildi. Hökumət üzvləri artıq neçə vaxtdır ki, işləyirlər. Deməliyəm ki, gələn ilin büdcəsi həm sosialyönümlü, həm də investisiyayönümlü olmalıdır. Biz gələn il də ciddi sosial proqramlar icra edəcəyik, əhalinin yaşayış səviyyəsini yaxşılaşdırmaq üçün önəmli addımlar atılacaq, infrastruktur layihələrinin icrası ilə əlaqədar kifayət qədər vəsaitimiz olmalıdır”.