Bu il qış mövsümündə Qubaya dincəlməyə gələn turistləri bir sıra yeniliklər gözləyir.
Realpress.az xəbər verir ki, Quba Turizm İnformasiya Mərkəzi rayonda bu vaxta kimi mövcud olan dörd turizm marşrutunun sırasına daha birini də əlavə edib. Bu, əsrarəngiz təbiət mənzərələrini və tarixi məkanları özündə birləşdirən Quba-Alıc turizm marşrutudur.
İndiyədək Qubaya gələn turistlərə dörd istiqamətdə - Quba-Xınalıq, Quba-Xanagah, Quba-Laza, Quba-Afurca marşrutu üzrə səyahət təklif olunurdu.
Rayonda fəaliyyət göstərən istirahət mərkəzlərində qış turizm mövsümünə hazırlıq işləri artıq yekunlaşmaq üzrədir. Ötən ilə nisbətən istirahətə gələnlərə göstərilən xidmət növlərinin sayı artırılıb.
Quba rayonunda yerləşən hotellərdə iki nəfərlik otağın bir günlük qiyməti səhər yeməyi daxil olmaqla, turist üçün minimum 30, maksimim 200 manat təşkil edir. Kənd evlərini seçənlər üçün qiymət 10 manatdan başlayır.
İndoneziya aprel ayında bütün karantin tələblərini ləğv etmək niyyətindədir.
Yunanıstanda istirahətlə bağlı çəkilən yeni reklam sosial şəbəkə istifadəçilərini xeyli təəccübləndirib. Rolik Yunanıstanın milli turizm təşkilatı “Visit Greece” tərəfindən hazırlanıb.
Avstraliya koronavirus səbəbiylə iki ilə yaxındır bağlı saxladığı qapıları peyvənd olunmuş səyahətçilərin üzünə tamamilə açıb.