Qoşqular və yarımqoşqular üçün idxal gömrük rüsumunun meyarları dəyişib

Qoşqular və yarımqoşqular üçün idxal gömrük rüsumunun meyarları dəyişib
12 2019 11:44

Çəkisi 1.600 kq-dan çox olan qoşqular və yarımqoşqular, digər özügetməyən nəqliyyat vasitələri və onların hissələri üçün idxal gömrük rüsumu müəyyənləşib.

Realpress.az Trend-ə istinadən xəbər verir ki, Nazirlər Kabineti bununla bağlı "Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri"ndə dəyişiklik edib.

Belə ki, indiyə qədər çəkisi 3.500 kq-dan çox olan qoşqular və yarımqoşqular, digər özügetməyən nəqliyyat vasitələri və onların hissələrinin hər bir ədədinin gömrük dəyərinin 15 faizi həcmində idxal gömrük rüsumu alınıb.

Dəyişikliyə əsasən, bundan sonra 1.600 kq-dan çox olan qoşqular və yarımqoşqular, digər özügetməyən nəqliyyat vasitələri və onların hissələrinin hər bir ədədinə gömrük dəyərinin 15 faizi həcmində idxal gömrük rüsumu tətbiq ediləcək.



16 Noy 2019
Cəmiyyət

Əhaliyə şad xəbər: Bu xidmət də “ASAN xidmət”ə verilir - ÖZƏL

Əhaliyə şad xəbər: Bu xidmət də “ASAN xidmət”ə verilir - ÖZƏL

15 Noy 2019
Cəmiyyət

Binaların 30 faizi istiliklə təmin olunub, bəs digəriləri nə vaxt isinəcək? - "Azəristiliktəchizat"dən CAVAB

"Azəristiliktəchizat" Açıq Səhmdar Cəmiyyəti ölkə ərazisində qış rejiminə keçidlə bağlı bina və obyektlərə istilik təchizatına start verib.

15 Noy 2019
Cəmiyyət

Bakı metrosu 25 yüksəksürətli eskalator alıb

“Bakı Metropoliteni” 25 ədəd yeni yüksəksürətli eskalator alıb.