Qubada ayı təsərrüfata hücum etdi: bir inəyi parçaladı

Qubada ayı təsərrüfata hücum etdi: bir inəyi parçaladı
11 2019 12:31


Qubada ayı heyvanlara hücum edib. 

Realpress.az- xəbər verir ki, hadisə Xınalıq kəndində qeydə alınıb.

Vəhşi heyvan axşam saatlarında kənd sakini Balasultan Sultanovonun təsərrüfatına hücum edib və onun bir baş inəyini parçalayıb.

Sakinlər bildirir ki, son bir ay ərzində ayılar kəndə tez-tez hücum edir. Bundan əvvəl vəhşi heyvanlar sakinlərin daha dörd baş heyvanını da parçalayıb. 

Qeyd edək ki, bir neçə gün əvvəl rayonun Küsnətqazma kəndində də ayı sakinlərin altı baş inəyinə hücum etmişdi.

Faktla bağlı araşdırma aparılır.


16 Sent 2019
Cəmiyyət

"5 dəqiqəlik aptekə girməyə görə parkinq axtarmalı deyilik" - Tural Yusifovla BNA müzakirəsi

Heç kimə gizli deyil ki, paytaxt sürücülərinin əksəriyyəti Bakı Nəqliyyat Agentliyinin (BNA) fəaliyyətindən narazıdır. Bu narazılığın yaranmasına ən başlıca səbəb dayanma-durma qaydalarına görə yazılan cərimələr və pulsuz parkinq problemidir.